En son xeberler

Rusiyanın Ukraynaya qarşı yeni təcavüz dalğasına dair Ukrayna XİN-nin bəyanatı

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını bəyan edib.

Rusiyanın hücum hərbi əməliyyatının məqsədi Ukrayna dövlətini məhv etmək, Ukrayna ərazisini güc yolu ilə ələ keçirmək işğala nəzarət etməkdir.

Rusiya qoşunları müxtəlif istiqamətlərdən, o cümlədən müvəqqəti olaraq işğal olunmuş Donbass Krım, eləcə də şimal-şərq bölgəsindən Ukraynanın dinc şəhərlərinə hücum edir.

Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin beynəlxalq hüququn fundamental norma prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.

Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, müdafiəçilərimiz işğalçı dövlətə qəti cavab verməyə hazırdırlar Ukrayna torpağını bütün gücləri ilə müdafiə edəcəklər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button