En son xeberler

Rusiya-Azərbaycan bəyannaməsinə Yerevandan ‘qısqanc’ baxış?

Ermənistan müxalifəti Rusiya-Azərbaycan bəyannaməsinin imzalanmasını rəsmi Yerevanın növbəti iflası hesab edir

Yerevan ümid edir ki, Moskvada prezidentlər Vladimir Putin İlham Əliyev arasında imzalanmış bəyannamə Ermənistan, Rusiya Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsinə əlavə təkan verəcək.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan XİN-in sözçüsü Vaan Unanyan deyib.
Unanyan əlavə edib ki, bu sənəd habelə Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu həmsədrlərinin çərçivəsində çözümünə kömək edə bilər.
Sözçü bildirib ki, Ermənistan Rusiya arasında buna bənzər müttəfiqlik əməkdaşlığı müqaviləsi, əgər bu Ermənistan-Rusiya müttəfiqliyinə hədə təşkil etmirsə, üçüncü ölkələrlə münasibətləri heç bir şəkildə şərtləndirmir.
İtki iflas?
Lakin Ermənsitan iqtidarının belə nikbin gözləntilərinə rəğmən müxalifət Rusiya-Azərbaycan bəyannaməsinin imzalanmasını rəsmi Yerevanın növbəti iflası hesab edir.
Keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasının üzvü Artur Xaçatryan bu barədə deyib:
“Rusiya ilə münasibətlərimiz əsaslı şəkildə iflasa uğrayıb. Bu sənəd də göstərir ki, münasibətlərimizdə nə isə qaydasında deyil. Bizim Avropa ilə münasibətlərimiz bundan heç də yaxşı deyil, bəlkə də daha pisdir”.
Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının üzvü Ayk Mamicanyanın fikrincə bu sənədin imzalanması Ermənistan üçün böyük itkidir.
Deputatın sözlərinə görə Ermənistan Rusiyanın etibarlı müttəfiqinə çevrilə bilməyib:
“Necə oldu ki, Rusiyanın Cənubi Qafqazda daha bir müttəfiq ölkəyə ehtiyacı oldu? Mənim bu barədə bizim XİN-ə bizim xarici siyasətimizi aparan şəxsə çoxlu suallarım var”.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button