En son xeberler

Qurban Qurbanovdan “Qarabağ” – “Marsel” oyunda böyük feyr-pley dərsi

google-news

Konfrans Liqasının pley-off mərhələsinin hazırda keçirilən “Qarabağ” – “Marsel” oyununda futbolda nadir hallarda yaşanan hal baş verib.

Qol.az xəbər verir ki, 34-cü dəqiqədə cinah ötürməsindən sonra “Qarabağ”ın hücumçusu İbrahima Vadji qol vurub. Baş hakim qolu qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib.

Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Jadjini yanına çağırıb ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə bunu görüşün baş hakiminə bildirməsini istəyib. Seneqallaı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.

Beləliklə, “Qarabağ” avrokuboklarda nə qədər hakim səhvləri ilə üzləşsə də, Qurban Qurbanov ədalətin tərəfində oldu böyüklüyünü göstərmiş oldu.

Qeyd edək ki, hazırda “Marsel” 1:0 hesabı ilə öndədir.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button