En son xeberler

‘…Nəyi, nə zaman etmək lazımdır, birinci şəxs bilir’

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı. Onda Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, “bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb”.

Bəs belə olan halda, Azərbaycan ictimaiyyətinə bu barədə nədən məlumat verilməyib? Bundan hakimiyyətlə dialoqa gedən partiyaların xəbəri var idimi? Yox idisə, dialoq bitdimi?
Hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “24saat.org”a bildirib ki, sözügedən bəyannamənin imzalanacağı ilə bağlı xəbərləri olmayıb: “Diplomatik münasibətlərin ortaya qoyduğu hər kəs tərəfindən qəbul edilmiş yanaşma bunu tələb edir. Ona görə də belə bir sənədin üzərində iş getməsindən xəbərimiz yox idi. Ancaq cənab prezidentin Rusiyaya səfərindən bir neçə gün öncə bununla bağlı çox qısa məhdud məlumatlar verildi”.
O qeyd edib ki, bəyannamənin hazırlanması haqqında siyasi partiyalara məlumat verilməməsi təbii bir haldır: “Dövlət əhəmiyyətli məsələləri, dövlət sirləri partiyalara cəmiyyətə verilməli deyil. Bu, yalnız Azərbaycana aid deyil. Bu, bütün dünya ölkələri üçün qaçılmaz bir yanaşmadır”.
Deputatın sözlərinə görə, bəyannamənin imzalanması Ermənistanı təşvişə salıb: “Üstəlik də, radikal müxalifət məsələsi var. Əgər bu bəyannamənin hazırlanması barədə altı ay, ya da bir il öncə cəmiyyətə məlumat ötürülsəydi, indiki radikal müxalifət bunun ətrafında mübahisə yaradıb belə bir ciddi sənədə qarşı etimadsızlıq mühitini formalaşdırmağa cəhd edərdi. Bu, yolverilməzdir. Ona görə də dövlətin bu yanaşması tamamilə məntiqlidir, bunun dialoqa heç bir aidiyyəti yoxdur”.
Siyasi şərhçisi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, bu tip ümummilli əhəmiyyət kəsb edən məsələlərdə cəmiyyətin müxtəlif qrupları ilə mütləq məsləhətləşmələr olmalıdır: “Xüsusilə iqtidar-müxalifət arasında mütləq bu məsələlərlə bağlı müzakirə olmalı, müəyyən razılaşmalar əldə edilməlidir. Təəssüf ki, nə Şuşa bəyannaməsi (ötən il Türkiyə ilə bu adda oxşar sənəd imzalanıb) imzalanarkən, nə də Moskva bəyannaməsinin imzalanması ərəfəsində nəinki cəmiyyətin geniş spektrinin, hətta hökumətlə dialoqa gedən partiyaların bu barədə məlumatları olmadı”.
Ekspertin sözlərinə görə, bu, çox anormal bir yanaşmadır: “Azərbaycanda qapalı bir sistem mövcuddur. Hakimiyyət tamamilə bir əldə cəmlənib təəssüflər olsun ki, belə bir fikir formalaşıb ki, nəyi, nə zaman etmək lazımdır, yalnız birinci şəxs özü bilir”.
N.Məmmədlinin fikrincə, sözügedən bəyannamənin imzalanması iqtidarın daxili işi ola bilməz: “Dövlətlərarası münasibətlər hakimiyyətlər arasında münasibətlərlə məhdudlaşa bilməz. Hakimiyyətlər gəldi-gedərdi. Bu sazişlərin arxasında cəmiyyətin, dövlətin iradəsi dayanmalıdır”.
Son illər Azərbaycanda fəaliyyət göstərən partiyalarla hakimiyyət arasında dialoqun olduğu bildirilir. Bu prosesdən yalnız Azərbaycan Xalq Cəbhəsi (AXCP) Müsavat partiyaları kənarda qalıb. Onlar isə vurğulayırlar ki, bu dialoq imitasiyadır bu imitasiyada iştirak etmək niyyətində deyillər. Hakimiyyət rəsmiləri isə onları dövlətçilik maraqlarından çıxış etməməkdə günahlandırırlar.
Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə imzalanıb. 43 bəndlik sənəddə hərbi, siyasi, iqtisadi başqa aspektlərdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir. “Rusiya Azərbaycan öz ərazilərində təşkilatların şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”, – 11-ci maddədə vurğulanır.
Üstəlik, qeyd edilir ki, tərəflər milli maraqlara cavab verən üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
Sənəddə həmçinin iqtisadi, maliyyə humanitar sahələrdə əməkdaşlıqdan bəhs edilir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button