En son xeberler

İlham Əliyevə görə, KTMT lazım deyil, Rusiya kifayətdir

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin bəzi kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə onun xanımı Mehriban Əliyeva da iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə prezidentdə “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına meyl edə bilərmi” sualı verilib. İ.Əliyevin cavab verməsinə görə, heç kəs üçün sirr deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) aparıcı rol Rusiyaya məxsusdur: “Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən (Rusiya ilə imzalanan Bəyannamə nəzərdə tutulur) 2-si – 6-cı 16-cı bəndlər, – zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə, bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır”.
Prezidentin vurğulamasına görə, əgər Rusiya KTMT-də olmasa, o, heç kəsin yadına düşməz: “Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik”.
İ.Əliyevin fikrincə, fevralın 22-də Rusiya ilə imzalanan bəyannamə bu suala cavabdır: “…Eyni sözlər Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı suala da aiddir”.
Prezident sonra da deyib: “…Biz burada da onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat yaratmağa istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq”.
Azərbaycan prezidentinə Rusiya Ukrayna münasibətlərinə aid də sual verilib. (onda hələ Rusiya Ukraynaya hücuma keçməmişdi. Amma Rusiya Ukrayna ərazisində separatçı “Donetsk Xalq Respublikası” “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımışdı- red.)
O, Rusiya ilə Ukrayna arasında vəziyyət barədə deyib: “Hər şey o qədər təzədir ki, hələ aparıcı paytaxtlardan biz yalnız, təbii ki, büsbütün zidd bəyanatlar görürük. Vəziyyətin necə cərəyan edəcəyini deməyə çətinlik çəkirəm. Rusiyaya qarşı da sanksiyalar nədən ibarət olacaq? Axı, Qərb hələ də bunları elan etməyib. Yəni, hansısa eyhamlar edilir”.
İ.Əliyevin sözlərinə görə, hazırda proqnoz vermək çox çətindir: “Lakin birmənalıdır ki, bu, uzunmüddətli prosesin başlanğıcıdır. Birmənalıdır ki, Rusiya Federasiyasının prezidenti bu qərarı qəbul edəndə, yəqin düşünürəm ki, o da bu prosesin uzun olduğunu nəzərə alıb. Mən hesab edirəm ki, Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır. Bu, mənim şəxsi fikrimdir bu, Rusiyaya tətbiq edilmiş həmin sanksiyalarla təsdiq edilir”.
Prezidentin fikrincə, əslinə baxanda həmin sanksiyalar Rusiya istehsalçılarına idxaldan asılılığı azaltmaqda kömək etdi: “Yəni, mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya iqtisadiyyatına, sözsüz ki, zərər vuracaq. Prezident Putin bu qərarı qəbul edəndə, yəqin ki, o, bunun hamısını hesablayıb. Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq. Çünki ixrac üçün, özü də yüksək texnologiya məhsulları üçün ikinci belə perspektivli bazar tapmaq çətindir. Bu, mənim deyə biləcəyim maksimum bundan ibarətdir”.
Prezident İ.Əliyev fevralın 21-dən 23-nə kimi Rusiyada səfərdə olub. Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.
Fevralın 21-də isə Rusiya Ukrayna ərazisində separatçı “Donetsk Xalq Respublikası” “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb. Altı il əvvəl Rusiya Ukraynanın bir hissəsini ilhaq etmişdi. Bu gün, fevralın 24-də də Rusiya Ukraynaya yeni hücuma başlayıb.
Bu ilin əvvəlində Qazaxıstanda maye qazının qiymətinin kəskin bahalaşmasına kütləvi etirazlar başlamışdı. İnsan tələfatı ilə müşahidə edilən toqquşmalar baş vermişdi. Həmin vaxt Rusiyanin qabaqcıllığı ilə KTMT qüvvələri bu ölkəyə yeridilmişdi.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button