En son xeberler

Xiaomi 12 Lite smartfonunun bəzi texniki özəllikləri barəsində məlumat verilib

google-news

    Verilmiş yeni məlumata əsasən Xiaomi 12 smartfon seriyası daha bir model ilə genişlənə bilər. Söhbət, Xiaomi 12 Lite modelindən gedir. Məlumata əsasən ölçü baxımından Xiaomi 12 Lite modeli adi Xiaomi 12-dən daha böyük olacaq. Xarici görünüşcə Lite model adi Xiaomi 12-yə bənzəyəcək. Məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym OLED ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, adi Xiaomi 12 modeli 6.28 düym ekran ilə təchiz olunub.

    Məlumatda həmçinin qeyd edilib ki, Xiaomi 12 Lite üçlü arxa kamera ilə təchiz olunacaq əsas kamera obyektivi 64 MP-lik olacaq. Lakin kameralardan biri optik stabilizasiya sisteminə sahib olmayacaq. Digər texniki göstəricilər baxımından smartfonun Snapdragon 778G Plus ya Snapdragon 700 seriyasına daxil digər güclü prosessor stereo səsgücləndiricilər ilə təchiz olunmalıdır. Smartfon qutudan MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışacaq. Xiaomi 12 Lite smartfonu artıq gələn ay təqdim oluna bilər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button