En son xeberler

James Webb teleskopu potensial yadplanetli sivilizasiyanı necə aşkar edə bilər?

google-news

    ABŞ-ın Kornell Universitetinin alimləri düşünürlər ki, James Webb teleskopu digər planetlərdə yadplanetli sivilizasiyaların mövcudluqlarına işarə edən izləri aşkar edə bilər. İnsan sivilizasiyası kimi sənayeləşmiş yadplanetli sivilizasiya da çox güman ki, öz sənaye fəaliyyəti səbəbilə planetinin atmosferinə müxtəlif kimyəvi maddələrin ifrazını reallaşdırır. Buna görə də James Webb teleskopu uzaq planetlərin atmosferlərini çirkləndirən bu cür faktorları aşkar edə bilər. Bu isə öz növbəsində həmin planetlərdə şüurlu həyat növünün mövcudluğuna işarə edə bilər. Hal hazırda teleskop öz cihazlarının əsas güzgüsünün 18 hissəsinin ayarlanması ilə məşğuldur. Yay fəslində isə o artıq öz əsas missiyasına start verərək uzaq qalaktikaları, ulduzları planetləri müşahidə edə biləcək. Teleskopun əsas missiyalarından biri də uzaq məsafədə yerləşən ekzoplanetləri müşahidə etmək, onların birbaşa fotolarını çəkmək həmin ekzoplanetlərdə potensial həyat növünə işarə edəcək izləri aşkar etməkdir.

    Alimlər düşünürlər ki, bu cür planetlərdə fotosintezdən istifadə edən bitki növlərini aşkar etmək olar. Bu cür bitkiləri yalnız infraqırmızı diapazonda görmək olar. Çünki xlorofil (fotosintetik orqanizmlərə, bitkilərə yaşıl rəngini verən piqment) görünən işığı uda bilir. James Webb teleskopu bu cür üsul ilə mikrob formasında olan həyat növünü aşkar edə bilər. Lakin Kornell Universitetinin alimləri öz yeni tədqiqatlarında güman ediblər ki, sözügedən kosmik teleskop həmçinin uzaq planetlərdə şüurlu həyat növünə işarə edə biləcək izləri də aşkar edə bilər. Alimlərin fikirlərinə əsasən əgər hansısa planetdə bizim inkişaf səviyyəmizə bənzər inkişaf səviyyəsinə sahib hər hansı bir yadplanetli sivilizasiya mövcuddursa, o öz fəaliyyəti nəticəsində planetinin atmosferini müxtəlif kimyəvi tullantılar ilə çirkləndirmiş ola bilər. James Webb teleskopu isə bu cür atmosfer çirklənmələrinin izlərini aşkar edə bilər.

    “Biz əsas diqqəti xlorflüorkarbonlara ayırmışıq. Yer kürəsində onlar soyuducu qazlar təmizləyicilər şəklində istehsal olunublar. Hələ 80-ci illərdə onların istehsallarına qadağa qoyulmuşdu. Belə ki, onların istehsalları ozon qatında dəliklərin yaranmasına səbəb olur. Lakin onların izləri atmosferdə uzun müddət ərzində qalır. Əgər bu cür birləşmələri hansısa qalaktikada aşkar etmək mümkün olsa, bu, həmin qalaktikada inkişaf etmiş sivilizasiyanın mövcudluğuna işarə edəcək” – deyə alimlər qeyd ediblər. Lakin bu cür faktorların James Webb teleskopu vasitəsilə aşkar edilməsi ehtimalı ulduzun parlaqlıq səviyyəsi ilə məhdudlaşır. Əgər planet çox parlaq ulduzun ətrafında dövr edirsə, teleskop həmin planetin atmosferində bu cür faktorları təyin edə bilməyəcək. Bu cür faktorları spektral M sinifinə daxil olan ulduzların ətraflarında dövr edən planetlərdə axtarmaq daha məqsədəyğundur. Söhbət, tutqun qırmızı cırtdan ulduzlardan gedir. Yer kürəsinə ən yaxın bu cür ulduz TRAPPIST-1 adlı ulduzdur.

    Sözügedən qırmızı cırtdan ulduz Yer kürəsindən 40 işıq ili uzaqlığında yerləşir onun ətrafında Yer kürəsinin ölçüsündə olan bir neçə ədəd planet dövr edir. Dövr edən bütün planetlər yaşayış zonasına (planet səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan zona) daxildirlər. “Lakin bu cür ulduzun ətrafında dövr edən planetlərdə heç də həmişə həyat növü yaranmır. Belə ki, bu cür ulduzlar cavan olduqları zaman yüksək aktivliyə güclü Günəş şüalanmalarına sahib olurlar. Günəş şüalanmaları zamanı kosmosa böyük həcmdə plazma ifraz edilir. İfraz edilən plazma isə planetdəki bütün həyat növünü məhv edə bilər. Digər tərəfdən bu cür ulduzlar müəyyən müddətdən sonra daha sakit formata keçid edirlər. Buna görə də mümkün olmayan heçnə yoxdur” – deyə alimlər qeyd ediblər. Hər halda James Webb teleskopu insanları potensial yadplanetli sivilizasiyaların aşkar edilməsinə bir addım da yaxınlaşdıracaq.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button