En son xeberler

Əliyev və Putin mətbuata bəyanat veriblər (Video)

Vladimir Putin deyib ki, Bəyannamə dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır

Fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putin müttəfiqlik haqqında Bəyannamə imzaladıqdan sonra mətbuat üçün bəyanat veriblər.
AZƏRTAC-ın xəbərinə görə, Putin deyib ki, Bəyannamə dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır:
“Bu strateji sənəd apardığımız danışıqların mərkəzi elementi əsas yekunudur.”
O, əlavə edib ki, Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti iclasını keçirəcək:
“Həmçinin energetika, kənd təsərrüfatı bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Azərbaycana Rusiya işgüzar missiyalarını göndərməyi planlaşdırırıq.”
O vurğulayıb ki, Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar:
“Onlar Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpa olunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdırlar.”

Milli valyutaların daha fəal istifadəsi…”
Putinin sözlərinə görə, onlar maliyyə sahəsində qarşılıqlı fəaliyyəti bundan sonra da möhkəmləndirməyi vacib hesab edirlər:
Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə bilərdi”.
O, Qarabağ məsələsinə də toxunub:
“Fikrimizcə vacib olan odur ki, indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil olur. Artıq 50 mindən çox qaçqın öz evlərinə qayıdıb. Təsərrüfat infrastrukturunun yenidən qurulması, tarixi, dini mədəni obyektlərin mühafizəsi üzrə praktik məsələlər həll olunur.”
Onun fikrincə, daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası demarkasiyası prosesinin işə salınmasıdır.
Əliyevin dedikləri
Prezident İlham Əliyev deyib ki, bu Bəyannamə onların münasibətlərini müttəfiqlik səviyyəsinə çıxarır:
“Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb.”
O əlavə edib ki, onlar qarşılıqlı siyasi fəaliyyəti artıracaq:
“Əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq gündəlikdəki bütün məsələləri həll edəcəyik.”
Azərbaycan prezidentinin vurğulamasına görə, qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var:

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button