En son xeberler

‘Ukrayna ilə bağlı vəziyyət başqadır’

İlham Əliyev Rusiya ilə bəyannamə imzanacağını bildirib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidentinin dəvəti ilə fevralın 21-dən bu ölkədə səfərdədir. O, fevralın 22-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putin deyib ki, bu səfər ikitərəfli münasibətlərdə əlamətdar hadisəyə – iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində gerçəkləşir:
“Bugün (fevralın 22-də) biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.”
Onun əlavə etməsinə görə, bilir ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var:
“Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik.”
Ticari-iqtisadi əlaqələrə toxunan Rusiya prezidenti vurğulayıb ki, onlar durmadan inkişaf edir:
“Pandemiyaya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb bu, çox yaxşı göstəricidir. Sizə təşəkkür edirik ki, siz bizim qarşılıqlı fəaliyyətimizi dəstəkləyirsiniz. Bu baxımdan bizim çox ciddi planlarımız var. Bizim iqtisadi əlaqələrimiz yetərincə yaxşı şaxələndirilib bu, irəliyə hərəkətin davam etməsi üçün yaxşı ilkin şərait yaradır”.
O, habelə Azərbaycan Prezidentinə deyib:
“ … Rus dilinin inkişafını dəstəklədiyinizə görə sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.”
Rusiya Prezidenti Ukrayna ilə münasibətlərdən də bəhs edib:
“Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib… Biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.”
Onun vurğulamasına görə, Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf edib:
“Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.”

“Məsələ yalnız bundadır”
O, əlavə edib ki, onlar Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini keyfiyyətini görmürlər.
Putin daha sonra deyib ki, bir qədər əvvəl Qazaxıstan prezidenti ilə söhbət edib:
“Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir. Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təcavüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik.”
Onun əlavə etməsinə görə, bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özlərinin bütün silahlı qüvvələrini oradan çıxardıblar:
“Bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir Qazaxıstanın suverenliyini möhkəmlədir.”

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button