En son xeberler

Rusiya diplomatlarını Ukraynadan çıxarır

Rusiya XİN bildirir ki, rusiyalı diplomatlar ölümlə hədələnir, onların maşınları yandırılır, amma Ukrayna hökuməti baş verənlərə heç bir reaksiya göstərmir

Rusiya Ukraynadakı səfirliyinin baş konsulluqlarının heyətlərini bu ölkənin ərazisindən çıxarmaq qərarına gəlib.
Bu barədə məlumatı fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyi verib.
Rusiya mediası xəbər verir ki, Vladimir Putin Ukraynada separatçı bölgələrin müstəqilliyini tanıyandan sonra ukraynalılar Kiyevdəki Rusiya səfirliyinin qarşısında etiraz aksiyaları keçirməyə başlayıblar.
Rusiya XİN-in bu barədə məlumaıtnda deyilir ki, 2014-cü ildən bəri (Krımın Rusiya tərəfindən ilhaqı şərqi Ukraynada separatçı qiyamın başlandığı il) Rusiyanın Kiyevdəki səfirliyi, habelə Odessa, Lvov Xarkovdakı baş konsulluqları dəfələrlə hücumlara məruz qalıb.
Bu da deyilir ki, rusiyalı diplomatlar ölümlə hədələnir, onların maşınları yandırılır, amma Ukrayna hökuməti baş verənlərə heç bir reaksiya göstərmir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button