En son xeberler

Qərb Putinin qərarına reaksiya verir

Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, London fevralın 22-də Putinin qərarına reaksiya zəminində yeni sanksiyalarını bəyan edəcək

Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin Ukraynanın separatçı bölgələrinin müstəqilliyini tanıyan qərarını qətiyyərlə pisləyib deyib ki, Moskvanın bu addımı beynəlxalq qanunların pozulması deməkdir.

Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, London fevralın 22-də Rusiya üzərinə yeni sanksiyalarını bəyan edəcək.

Fransa prezidenti Emmanuel Makron bu hadisə ilə bağlı təcili olaraq öz ölkəsinin təhlükəsizlik şurasının iclasını çağırıb.

Ukrayna prezidenti Volodimir Zelenski Putinin qərarı ilə bağlı ABŞ prezidenti Co Baydenlə danışdığını deyib.

Bu arada Ağ Ev bəyan edib ki, prezident Co Bayden Ukraynada Rusiyanın müstəqilliyini tanıdığı iki separatçı bölgəyə investisiyaları qadağan edən sanksiya elan edəcək.

Avropa İttifaqı ölkələri Rusiya üzərinə sanksiyalar paketi barədə razılığa gəliblər.

Xəbərdə deyilir ki, Aİ üzvləri Ukraynanın iki separatçı bölgəsinin müstəqilliyinin tanınmasına görə Rusiya üzərinə sanksiyaların məhdud paketi qoyulacaq.

Niderlandın baş naziri Mark Rutte deyib ki, əvvəlcə Putinin bu qərarında iştirak edən şəxslər hədəflənəcək.

Sanksiyaların təfərrüatları fevralın 22-də açıqlanacaq.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button