En son xeberler

İmperiyaya hökmranlıq edən, çadrasını atan, mühacirətdə ölən bakılı qız…

Yadigar Sadıqlı

Bu dəfə sizə İranda Pəhləvi sülaləsinin əsasını qoymuş Rza şahın arvadı Nimtac xanımdan ya hökmdarlıq titulu ilə desək, Tacülmülkdən söz açacağıq.

O, 1896-cı ildə Bakıda anadan olub. Atası Teymur xan Ayrımlı rus ordusunda hərbçi idi, amma İranda yaradılan kazak briqadasında xidmət edirdi. Bu briqada rus kazaklarına heyran olan Nəsrəddin şahın istəyi ilə 1879-cu ildə yaranmışdı. Əsasən İran azərbaycanlılarından təşkil edilən kazak briqadasında zabitlərin çoxu Rusiya hərbçiləri idi.

Teymur xanın ailəsini nə vaxt İrana apardığı bilinmir. Bilinən odur ki, 1916-cı ildə 20 yaşlı qızı Nimtac 38 yaşlı kazak polkovnik Rza xanla nikah bağlayır. Ulduzu sürətlə parlayan Rza xanın nüfuzlu generalın qızı ilə evlənməsi gələcək yüksəlişində xüsusi rol oynayır.

Elə həmin 1916-cı ildə kazak briqadası diviziyaya çevrildi. 1921-ci ilin fevralında diviziyanın komandiri ilk dəfə olaraq İran təbəəsi olur – Rza xan. Bir ay sonra, fevralın 21-də kazaklar Tehranı tutaraq, hökuməti devirdilər. Əhməd şah Qacar təzyiq altında Seyid Ziyaəddin Təbətəbaini baş nazir təyin etməyə məcbur oldu. O zaman soyadı doğulduğu yerin adı ilə hələ Savadkuhi olan Rza xan isə hərbi nazir postu ilə kifayətləndi.

1921-1923-cü illərdə İranda bir neçə baş nazir dəyişdi, müdafiə naziri isə dəyişməz qalırdı. Nəhayət, 1923-cü il oktyabrın sonlarında Rza xan özü baş nazir oldu. Vəziyyətə nəzarəti tamamilə itirən sonuncu Qacar hökmdarı Əhməd şah isə ailəsini götürüb, xaricə getdi.

1925-ci ilin oktyabrında Məclis Əhməd şahı taxt-tacdan məhrum etdi. Rza şah əvvəlcə Türkiyə Mustafa Kamal paşa nümunəsində bir respublika qurmağı düşünürdü, amma bu ideyaya qarşı ciddi müqaviməti görüb, şah olmağa razılıq verdi. Dekabrın 15-də Məclis onu yeni İran şahı seçdi. Nimtac xanım da şahın arvadı oldu, bir müddət sonra Tacülmülk titulunu qəbul etdi.

Yeni tacdar cütlüyün artıq dörd övladı vardı. İlk övladları Şəms Pəhləvi 1917-ci ildə anadan olmuşdu. 1919-cu ildə isə onların əkiz övladları oldu – oğlan Məhəmməd Rza qız Əşrəf. Nəhayət, 1922-ci ildə Əli Rza adlı daha bir oğlan dünyaya gəldi. Taxta çıxandan sonra daha övladları olmadı.

Şah hələ 1922-ci ildə 24saat.org Əmirsüleymani, 1923-cü ildə isə Əsmət Dövlətşahi ilə evlənmişdi. Hər iki qadın Qacar sülaləsindən idilər. Rza Turanla tezliklə boşandı, amma Əsməti çox sevirdi.  

Əsmət Dövlətşahi

Bununla belə, Tacülmülk onun vəliəhdinin anası idi. Digər arvadlardan da oğulları vardı, amma onlar vəliəhd ola bilməzdilər, çünki ana tərəfdən Qacar soyuna mənsub idilər. Bu fakt Tacülmülkə xüsusi status verirdi.

Şah 1934-cü ildə Türkiyəyə səfər etdi burada Atatürkün apardığı modernləşdirmə siyasəti ilə tanış oldu. İki liderin ünsiyyəti zamanı tərcüməçiyə ehtiyac yox idi. Azərbaycanca danışan Rza şah türkcə danışan Atatürk bir-birlərini anlayırdılar. 

Türkiyədən qayıdan şah İranın modernləşdirilməsi üçün daha qətiyyətli addımlar atır onların içində qadınların emansipasiyası xüsusi yer tuturdu. Onlara ali təhsil almaq hüququ verildi, bütün ictimai iaşə müəssisələri qadınlar üçün açıq oldu. 1933-cü ildə qadın müəllimlər, 1935-ci ildə isə məktəbli tələbə qızlar çadranı çıxarmağa həvəsləndirildilər. 

Bu siyasət şah ailəsinin qadın üzvlərini də cəmiyyət həyatında rol oynamağa sövq edirdi. 1936-cü ilin yanvarın 8-də Tacülmülk iki qızı Rza şahla birlikdə Tehran pedaqoji kollecində buraxılış tədbirində iştirak etdilər. Qadınların üçü də çadrasız, Qərb geyimində idilər. Onların şəkilləri qəzetlərdə dərc olundu elə həmin gün şahın “kəşf-e hicab” (hicabın açlması) adını alacaq, hicab örtməyi qadağan edən fərmanı çıxdı. Bundan sonra həm Tacülmülk, həm də qızları ictimai həyatda daha çox rol oynamağa başladılar.

*** 

 1941-ci ilin yayında İran Böyük Britaniya SSRİ qoşunları tərəfindən işğal olundu. Bu iki ölkə şahı almanpərəst siyasət yürütməkdə ittiham edərək, oğlunun xeyrinə taxt-tacdan əl çəkməyə vadar etdilər. Keçmiş şah əvvəlcə Mavrikiyə, sonra da Cənubi Afrikaya göndərildi. Tacülmülk əri ilə getməkdənsə, oğlunun yanında qalmağa üstünlük verdi. Rza şah vəfat edəndən bir il sonra, 1945-ci ildə Qulamhüseyn Sahib Divaniyə ərə getdi, ancaq 5 il sonra boşandı. 

Məhəmməd Rza şah 1939-cu ildən Misir kralının qızı Fevziyə ilə evli idi.  

Onların 1940-cı ildə Şahnaz adlı qızları olmuşdu. Ancaq bu nikah uzun sürmədi deyilənə görə, bunda şahın anasının da xüsusi rolu vardı. Nəticədə Fevziyə 1945-ci ildə Misirə getdi qayıtmaqdan imtina etdi. Cütlük 1948-ci ildə boşandı. 

Şah növbəti arvadı – Sürəyya Bəxtiyari ilə uşağı olmadığına görə boşandı. 

Nəhayət, üçüncü arvadı – Fərəh Diba çoxdan gözlənilən vəliəhdi, babasının adını daşıyan Rzanı dünyaya gətirdi. 1967-ci ildə müsəlman İranında ilk dəfə şahın arvadına tacqoyma mərasimi keçirildi Fərəhə rəsmən şahbanu titulu verildi. Tacülmülk mərasimin özündə deyil, sonrakı ziyafətdə iştirak etdi. Ola bilsin ki, bu, onun baş verənləri bəyənməməsinin əlaməti idi.

Tacülmülk, qızlarından gəlinindən fərqli olaraq, ictimai işlərdə, xeyriyyəçilikdə çox iştirak etmirdi, amma tamamilə hərəkətsiz də deyildi. Məsələn, hazırda Şəhid Rəcai kardioloji xəstəxanası adlanan tibb müəssisəsini o tikdirmişdi.

Onun şaha təsiri böyük idi. Nəvəsi, 1954-cü ildə aviaqəzada həlak olan oğlu Əli Rzanın oğlu Əli Patrik şah hakimiyyətini korrupsiya digər əməllərdə tənqid etdiyinə görə tutulanda, Tacülmülk işə qarışdı nəvəsinin azadlığına nail oldu.

Tacülmülk ildə iki dəfə ziyafət verirdi. Bunlardan biri vəliəhd Rzanın doğulduğu 31 oktyabr (9 aban), digəri isə 1951-1953-cü illərdə baş nazir olmuş, az qala monarxiyanı ləğv edəcək baş nazir Məhəmməd Müsəddiqin devrildiyi 19 avqust (28 mordad) idi. 

1978-ci ilin sonlarında, İranda inqilabi hərəkatın vüsət aldığı zaman şah anasını ABŞ-a, böyük qızı Şəmsin yaşadığı Beverli-Hillzə göndərdi. Amma bir müddət sonra ABŞ-da təhsil alan tələbələr evə hücum etməyə cəhd göstərdilər. Belə olduqda, ailə Kaliforniya ştatının Palm-Sprinqs şəhərinə, daha sonra isə Meksikaya köçdü.

Bakıda anadan olan, Tehranda hökm edən Nimtac xanım Tacülmülk 1982-ci ildə 86 yaşına Meksikanın Akapulko şəhərində vəfat etdi.

The post İmperiyaya hökmranlıq edən, çadrasını atan, mühacirətdə ölən bakılı qız… appeared first on 24 saat.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button