En son xeberler

‘Heç kimdən, heç nədən qorxmuruq’

google-news

Zelenski ATƏT çərçivəsində xüsusi iclasın, Normandiya dördlüyünü fövqəladə sammitinin keçiriləcəyini elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 22-də gecə ölkə vətəndaşlarına müraciət edib. Bundan öncə isə Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.
Zelenski deyib ki, Rusiya Federasiyasının hərəkətləri bəyanatlarına baxmayaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq.
“Biz sakit, özümüzə arxayınıq. Biz hər şeyə hazırıq. Amma Donetsk Luqansk vilayətlərində işğal olunmuş rayonların tanınması Rusiyanın Minsk sazişlərindən birtərəfli qaydada çıxması deməkdir. Bu, sülh cəhdləri danışıqlar formatına zərbə vurur. Bugünkü sabahkı qərarlarla Rusiya 2014-cü ildən Donbasda olan qüvvələrini qanuniləşdirir. Səkkiz ildir müharibəni dəstəkləyən ölkə sülhü dəstəkləyə bilmir, özü bunu bəyan edir”, – Zelenski vurğulayıb.
O, ATƏT çərçivəsində xüsusi iclasın, Normandiya dördlüyünü fövqəladə sammitinin keçiriləcəyini elan edib.
“Həqiqət bizimlədir”
“Biz diplomatik tənzimləmə siyasətini davam etdirir, hər hansı provokasiyaya boyun əymirik. Sərhədlərimiz etibarlı şəkildə qorunur, tərəfdaşlarımız bizi dəstəkləyir. Ukraynanın öz sərhədlərini qorumaq haqqı var. Biz provokasiya ilə düşmənin qoşunlarının hücumunu yaxşı ayırd edirik. Həqiqət bizimlədir. Biz sülh diplomatiya yoluna sadiqik. Yalnız onunla irəliləyəcəyik. Öz torpağımızdayıq. Heç kimdən, heç nədən qorxmuruq”, – Zelenski bildirib.
Ukraynanın Xarici işlər naziri Dimitri Kulebanın sözlərinə görə, ölkəsi BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edib.
Rusiya Prezidenti Vladimir Putin separatçı regionların müstəqilliyinin tanınmasını bəyan etdikdən sonra Ukraynanın Baş Prokurorluğu cinayət işi açıb. Bu haqda fevralın 21-də Baş prokuror İrina Venediktovanın Facebook səhifəsində məlumat verilib.
Donetsk Luqanskın üçdə biri
Putin fevralın 21-də Rusiya xalqına müraciətində “DXR” “LXR” adlı qondarma qurumların müstəqilliyini tanıdığını bəyan edib. Federasiya Şurasından Andrey Klimov separatçıların nəzarətində olan ərazilərin müstəqilliyinin tanındığını bildirir.
Putin çıxışında Ukraynanın tarixi haqda öz iddialarını səsləndirib, NATO-nu təhlükəsizlik razılaşmaları qarantiyalarına əməl etməməkdə suçlayıb.
“DXR” “LXR” uyğun olaraq Donetsk Luqansk vilayətlərinin üçdə birini tutur. Təhlilçilər Rusiyanın Donetsk Luqanskı tam nəzarətə alacağından ehtiyat edirdilər.
Avropa Komissiyası Avropa Şurasının rəhbərliyi baş verənləri beynəlxalq hüququn Ukraynanın ərazi bütövlüyünün pozulması adlandırıb. ABŞ Böyük Britaniya yeni sanksiyalar açıqlayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button