En son xeberler

Credit Suisse təhqiqatından Azərbaycanla bağlı başqa adlar da çıxıb

Hesabatda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun, Bakı meri Eldar Əzizovun da adları çəkilir

Beynəlxalq Korrupsiya Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzə Jurnalistika Layihəsi (OCCRP) iddia edir ki, İsveçrənin böyüklüyünə görə ikinci bankı Credit Suisse onilliklər ərzində bəziləri keçmiş sovet respublikalarından Balkanlardan olan diktatorlara, insan haqları pozucularına, habelə korrupsiyada başqa cinayətkar əməllərdə şübhəli sayılanların milyardlarla dollarlıq sərvətini saxlayıb.

Qeyri-mənfəət təşkilatı olan OCCRP-nin fevralın 20-də açıqlanmış hesabatı bankdan nəhəng informasiya sızmasının materiallarına əsaslanır.

Credit Suisse rəsmən özünə qarşı ittihamları rədd edib məlumatları “iddia ehtimallar” adlandırıb.

Bank bildirib ki, informasiyaların bir qismi köhnədir bəzi sənədlər az qala 70 il bundan əvvələ aiddir.

Rüşvətxorlar diktatorlar

OCCRP bildirib ki, sözü gedən sızma İsveçrə bankı ilə bağlı ən böyük sızmadır bu, 18 min bank hesabının məxfiliyinin pozulması ilə nəticələnib.

Təşkilatın məlumatına görə bu hesablardan bir çoxu 2010-ci illərdə işlək olub.

OCCRP-nin son hesabatında Credit Suisse bankının pik nöqtəsində 100 milyard dollara çatan bank hesabları təhlil edilib.

Təşkilat iddia edir ki, bunun 8 milyardı rüşvətxor rəsmilərə, diktatorlara onların ailə üzvlərinə, habelə kriminal fəaliyyətlərdə şübhəli bilinənlərə aiddir.

Bu təhqiqatda The New York Times, Le Monde The Guardian da daxil, dünya boyunca 48 media qurumu iştirak edib.

OCCRP aşkar etdiyi hesabların keçmiş sovet respublikalarında Balkanlarda bir sıra tanınmış şəxslərə bağlı olduğunu bildirir.

Bunların arasında Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın da adı var.

Eldar Əzizovun da adı çəkilir

Hesabatda deyilir ki, Naxçıvanın başçısı Vasif Talıbovun oğlanları Rza Seymur Talıbov qardaşları şübhəli pul köçürmələri ilə 20 milyon dollardan çox pul qazanıblar.

“Credit Suisse”, “Barclays” digər xarici banklarda müxtəlif hesablar açaraq, Rza Seymur Talıbov qardaşları atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.

Hesabatda Talıbovların başqa bir yaxın adamı – Vaqif Talıbovun, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun, Bakı meri Eldar Əzizovun da adları çəkilir.

Hesabatda habelə Qazaxıstanın keçmiş indiki prezidentləri ilə bağlı adamların da adları var.

Bunlar prezident Kasım-Jomart Tokayevin keçmiş arvadı Nadejda Tokayeva, keçmiş prezidentin qızı Dariqa Nazarbayeva, kürəkəni Timur Kulibayevdir.

Araşdırmada Tacikistan, Özbəkistan Qırğızıstandan olan bəzi məmurlar onların ailə üzvlərinin də adları çəkilir.

Credit Suisse bankı hesabatdakı iddiaları qəbul etmədiyini bildirib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button