En son xeberler

Bahalığa qarşı – Ölkəyə gətirilən ərzaq məhsullarına vergi güzəştləri tətbiq olunacaq

Azərbaycana idxal edilən minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına gömrük rüsumları əlavə dəyər vergisi üzrə güzəştlər veriləcək. Bu, baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, minimum istehlak səbəti – insanın sağlamlığının həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button