En son xeberler

Apple qatlana bilən iPhone-nu təxirə salıb və qatlana bilən MacBook üzərində çalışır

google-news

    Display Supply Chain Consultants şirkətinin analitiki Ross Young-ın sözlərinə əsasən Apple çox güman ki, qatlana bilən iPhone modelinin təqdimatını 2025-ci ilə təxirə salıb. Bunun yerinə şirkət qatlana bilən ekrana sahib MacBook üzərində çalışmaq qərarını verib. Bu barədə məlumatlar analitik tərəfindən təqdim edilmiş yeni hesabatda qeyd edilib. Həmin hesabat Apple şirkətinin qatlana bilən cihazlarını əhatə edir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin qatlana bilən iPhone modeli barəsində məlumatlar artıq uzun müddətdir ki, ortada gəzirlər. Daha öncəki məlumatlarda qeyd olunurdu ki, şirkət bu cür smartfonu 2023-cü ya 2024-cü ildə təqdim edəcək. Apple şirkətinin qatlana bilən iPhone modelinin 2025-ci ilə təxirə salması ehtimalının səbəbləri məlum deyil.

    Bəzi insayderlər bildirirlər ki, şirkət sadəcə olaraq qatlana bilən smartfonlar bazarına daxil olmağa tələsmir. Qatlana bilən iPhone modelinin təxirə salınmasına baxmayaraq şirkət qatlana bilən noutbukların hazırlanması variantını nəzərdən keçirdir. Məlumatda qeyd edilib ki, şirkət öz məhsulları üçün komponent istehsalı ilə məşğul olan partnyorlarla 20 düym ekranlı qatlana bilən cihazın istehsalı məsələsini müzakirə edir. Analitik qeyd edib ki, Apple şirkətinin 20 düym ölçüdə ekrana hədəflənməsi həmin ekranın 4K ya daha yüksək keyfiyyətdə olacağına işarə edir. Analitik bildirib ki, şirkət qatlana bilən noutbuku 2025-ci ildən tez təqdim etməyəcək. O, güman edir ki, bu cür cihazın satışa çıxması üçün nəzərdə tutulmuş ən məntiqli zaman intervalı 2026-cı ya 2027-ci ildir.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button