En son xeberler

Əvəz Hafizli kimi tanınan bloger qətlə yetirilib

Bakıda 24 yaşlı şəxs qətlə yetirilib.

Bu barədə Baş Prokurorluq Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilib.

Bildirilib ki, bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

Belə ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb.

Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki,  qətlə yetirilən bloger olub Əvəz Hafizli kimi tanınırdı. O, “Kanal 13″ün əməkdaşı idi LGBT tərəfdarı kimi məşhur idi.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button