En son xeberler

Saakaşvili yenidən aclığa başlayır

Keçmiş prezident məhkəmədə deyib: Mənim sakitcə sönməyimi görməyəcəksiniz. Siz başını dik tutan prezidentlərin necə məğrurcasına öldüyünü görəcəksiniz”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili fevralın 21-də Tbilisidə keçirilən məhkəmə dinləməsində hüquqlarının pozulmasına etiraz “öz azadlığı uğrunda mübarizə aparan” Ukrayna ilə həmrəylik bildirərək yenidən aclığa başladığını elan edib.

Saakaşvilini hazırda 5 ittiham üzrə 11 il müddətinə azadlıqdan məhrum edə bilərlər.

O rəsmən Ukrayna vətəndaşıdır.

Saakaşvili artıq bir neçə aydır ki, onun yanına müalicə həkiminin, habelə ABŞ Avropadan onun müalicəsində iştirak etmək istəyən nevroloq nevropatoloqların buraxılmadıqlarını deyib:

“Mən bu gündən müddətsiz aclıq elan edirəm. Bu, rejimin xalqla mənimlə rəftarına reaksiyamdır. Mənim tələbim – Xalq müdafiəçisi Empatiya mərkəzinin yaratdığı konsiliumun tələb etdiyi kimi mənə adekvat tibbi yardımın göstərilməsidir”.

Saakaşvili iddia edib ki, milyarder Bidzina İvanişvilinin hakim Gürcü Arzusu partiyasının məqsədi onun əlilə çevirmək hətta “Putin naminə” öldürməkdir.

“Mənim sakitcə sönməyimi görməyəcəksiniz…”

Gürcüstanın keçmiş prezidenti Ukrayna ətrafında baş verən hadisələrdən də danışıb.

Onun sözlərinə görə hazırda orada baş verənlər onun 2008-ci ildə, Cənubi Osetiyada müharibə getdiyi vaxtda dediklərini bir daha təsdiqləyir.

Saakaşvili demişdi ki, “Gürcüstan Rusiyanın rusiyayönlü separatçıların təxribatlarına cavab verməklə yalnız müdafiə olunur”.

O Ukrayna xalqına ukrayn dilində müraciət edib təəssüfünü bildirib ki, “əldə silah onlarla birlikdə cəbhə xəttində” dayana bilmir:

“Mənim sakitcə sönməyimi görməyəcəksiniz. Siz başını dik tutan prezidentlərin necə məğrurcasına öldüyünü görəcəksiniz”.

Saakaşvili bundan əvvəl, ötən ilin oktyabrında müddətsiz aclıq elan etmiş aclığı noyabr ayında dayandırmışdı.

Həmin vaxt hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə onu həbsxanadan Qori şəhərinin hərbi hospitalına köçürmək məcburiyyəti qarşısında qalmışdı.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button