En son xeberler

Rusiya-Azərbaycan sərhədində 2 mindən çox TIR yığılıb

Rusiya-Azərbaycan sərhədinin “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində 2 mindən çox TIR yığılıb. Dağıstan mənbələri xəbər verir ki, yük maşınlarının bu növbəsinin səbəbi sərhəd-keçid məntəqəsində aparılan rekonstruksiya işləridir. Yaranmış vəziyyətlə bağlı Azərbaycana, oradan Gürcüstan Türkiyəyə getmək üçün gözləyən sürücülərə alternativ marşrut təklif edilir-onlar Şimali Osetiyadakı “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən istifadə edə bilərlər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə sərhəd idarəsinin yaydığı məlumatda deyilir ki, hazırda “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsi öz imkanlarından 1,5 dəfə artıq yüklənmə ilə işləyir. Belə vəziyyətdə ötən ildən başlayaraq sərhəd-keçid məntəqəsinin rekonstruksiyası aparılır, eyni zamanda sərhəd-keçid məntəqəsi işini də davam etdirir.

Yenidənqurma genişləndirmə planı sərhəd qapısının buraxılış imkanlarını genişləndirməyə, sərhədi keçənlər üçün rahat şəraitin yaradılmasına hesablanıb. Plana əsasən yenidənqurmadan sonra sərhəd-keçid məntəqəsindən gün ərzində  4 mindən çox sərnişin, 730 minik, 630 yük maşını 40 avtobus keçə biləcək.

Qeyd edək ki, “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsinin buraxılış imkanlarının məhdud olması səbəbindən hər il yay mövsümündə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz daşıyan TIR-ların sərhədi vaxtında keçməsində problemlər yaranırdı, uzun növbələr meydana çıxırdı.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button