En son xeberler

Putinlə Əliyev müttəfiqlik haqda bəyannamə imzalaya bilər

google-news

Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Xəbəri Kremlin mətbuat xidməti yayıb.

Tərəflərin siyasi, ticari-iqtisadi humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafıyla bağlı kompleks məsələləri müzakirə edəcəyi bildirilir.

Eyni zamanda qeyd edilir ki, Rusiya, Azərbaycan Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar 26 noyabr tarixli razılaşmalarının icrasının gedişi, o cümlədən Cənubi Qafqazda iqtisadi nəqliyyat əlaqələrinin bərpası tədbirləri müzakirə ediləcək.

“Danışıqların yekununda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” bəyannamənin imzalanacağı gözlənir”, – xəbərdə deyilir.

Xatırlatma

Azərbaycan 2020-ci ildə Ermənistanla 44 günlük bu müharibə sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan Rusiya arasında) əsasən, Laçın dəhlizində qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun Rusiya sülhməramlılarının nəzarətində qalıb.

2021-ci ildə imzalanmış iki bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa genişləndirilməsini nəzərdə tutur.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button