En son xeberler

Fransız vətəndaş ‘valideyn nəzarəti’ vasitəsilə bütöv şəhəri internetsiz qoyub

google-news

    Fransanın ANFR adlı nizamlayıcı orqanı Messanj adlı şəhərdə baş vermiş qeyri-adi hadisə barəsində məlumat verib. Belə ki, övladlarını internet bağlantısına qoşulmanı məhdudlaşdırmaq istəmiş bir vətəndaş bütün şəhəri internet bağlantısından məhrum edib. Həmin vətəndaşı böyük miqdarda cərimə hətta azadlıqdan məhrum edilmə cəzası gözləyə bilər. Belə ki, həmin vətəndaş övladlarını internetə qoşulmanı məhdudlaşdırmaq üçün qeyri-leqal cihazdan istifadə edib. Verilmiş məlumata əsasən ANFR regional xidmətinin əməkdaşları yüzlərlə abonentin şəbəkəsində mütəmadi kəsintilərin olduğunu aşkar ediblər. Gündəlik şəbəkə kəsintiləri eyni vaxtda müşahidə edilirdi. Belə ki, həmin kəsintilər gecə yarısına yaxın baş verirdilər. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, şəbəkə kəsintilərinin əsas səbəbi xüsusi cihaz olub.

    Həmin cihaz müdaxilələr generatoru vasitəsilə naqilsiz şəbəkələrdə kəsintilər yaradır. Daha sonra məlum olub ki, daimi şəkildə baş verən bu hadisənin səbəbkarı Messanj şəhərinin sakini olub. Həmin şəxs bunu etiraf edib. O bildirib ki, sadəcə olaraq övladlarının gecə vaxtı internetə daxil olmalarının qarşısını almaq üçün həmin cihazı alıb. Onun sözlərinə əsasən onun övladları smartfonlardan internetdən asılı vəziyyətə düşüblər gecələr saatlarla internetdə olurlar. Lakin onun əldə etmiş olduğu cihazın şəhərin bəzi rayonlarında hətta qonşu şəhərdə şəbəkə kəsintilərinin yaranmasına səbəb olduğundan onun xəbəri olmayıb. Fransada bu cür cihazların istifadəsi qanuni səviyyədə qadağandır. Baş vermiş hadisədə bu cür cihazdan istifadə etmiş şəxsi 30.000 avro dəyərində cərimə hətta 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası gözləyə bilər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button