En son xeberler

“Obyektimi söküblər, indi işi bir-birinin üzərinə atırlar”

Ağsu sakini şəxsi obyektinin söküldüyünü deyir

“Ağsu rayonunun keçmiş icra başçısı Vahid Tağıyevin müavini Mirqubad Orucovun göstərişiylə, Yaşıllaşdırma İdarəsinin Mənzil-İstismar sahəsinin DOST Proqramı vasitəsiylə işlə təmin olunmuş işçilərinin iştirakıyla Ağsu dolaylarında 20-yə yaxın obyekt söküldü. Hamısı da kasıb insanların obyektləriydi. İnsanların dişiylə-dırnağıyla qurduqları işi bir anın içində məhv elədilər, əmlakların içərisindəki avadanlıqları da tar-mar etdilər. Söküntü üçün heç bir məhkəmə qərarı, rəsmi xəbərdarlıq olmayıb. İnsanlar nə qədər çalışsalar da, qanunsuz əməllərinin qarşısını ala bilmədilər. O sahibkarlardan biri də mən idim”.

Nüşabə Cəfərova Meydan TV-yə danışır ki, 2020-ci ilin 29 aprelində 1 mayında Ağsu Rayon İcra Hakimiyyəti məhkəmə qərarı, rəsmi xəbərdarlıq olmadan Ağsu dolayları ərazisində yerləşən onun mülkiyyətində olan istirahət obyektini söküb. 

Nəticədə sahibkar xanımın həm mülkiyyətçi hüquqları pozulub, həm də ona maddi zərər dəyib.

“Hamı məsuliyyəti üzərindən atır”

Nüşabə xanımın sözlərinə görə, Ağsu dolaylarının 150-ci km-də yerləşən, 1998-ci ildən mövcud olan istirahət obyektinin 2002-ci ildən qanuni mülkiyyətçisi olub. 

Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyat Şəhərsalma Kadastr İdarəsində “Qeydiyyat Vəsiqəsi № 38” altında qeydiyyatda olan əmlak onun tərəfindən 2002-ci ildə notarial qaydada alqı-satqı müqaviləsiylə alınıb:

Foto: Meydan TV

“Bütün rəsmi qurumlara müraciət ünvanladım, amma nə fayda… Ağsu Rayon İcra Hakimiyyəti söküntünün Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığını bildirərək məsuliyyəti öz üzərindən atdı. Bütün bunlardan sonra söküntünü aparan tərəfləri məhkəməyə vermək qərarına gəldim”.

“Alqı-satqı müqaviləsi qüvvədə saxlanıldı”

Nüşabə xanım əvvəlcə Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi, Ağsu RİH-i Ekologiya Təbii Sərvətlər Nazirliyinə təzminatla bağlı məktub ünvanlayıb. Obyektin əvvəlki vəziyyətə gətirilməsini tələb edib. 

3 iyun 2020-ci tarixli 388 saylı məktubunda Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi obyektin onun göstərişi əsasında söküldüyünü bildirib. 

Bütün tərəflərin cavablarını Ombudsmanın apardığı araşdırmanın nəticəsinə görə söküntünü aparan tərəflə qarşı Şəki İnzibati Məhkəməsində mülki iddia qaldırıb. 

Bundan sonra Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribov da Ağsu Rayon Məhkəməsində Qeydiyyat Vəsiqəsi alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırıb:

“Məhkəmənin gedişində uduzduğunu anlayan Əfqan Qəribov işi təxirə salmaq üçün başqa yola əl atdı. Şəki İnzibati Məhkəməsində olan təzminatla bağlı işi yubatmaq məqsədilə bu dəfə də Ağsu RİH-ni 24 il əvvəl verilmiş Sərəncama görə məhkəməyə verdi. 

Ağsu Rayon Məhkəməsindənsə Sərəncamla bağlı iş həll olunana qədər işin təxirə salınmasını tələb etdi”.

Foto: Meydan TV

Ağsu Rayon Məhkəməsi işi təxirə salınması haqqında qərar çıxarıb. Nüşabə Cəfərova Şəki Apelyasiya Məhkəməsinə Ağsu Rayon Məhkəməsinin qərarından şikayət verib. 

Məlum olub ki, qərar düzgün verilməyib Şəki İnzibati Məhkəməsində aparılan təzminatla bağlı işin bu işlərlə bağlılığı yoxdur iş davam etdirilməlidir. 

Ağsu Rayon Məhkəməsi isə işə baxaraq qərar verməlidir. Beləcə, qərar verilib Əfqan Qəribovun iddiası təmin edilməyərək alqı-satqı müqaviləsi qüvvədə saxlanılıb: “Əfqan Qəribovun qanunsuz əməlləri ilə bağlı birbaşa Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırova, Nazirliyin Hüquq Şöbəsinin müdiri Teymur Şəkərəliyevə dəfələrlə  müraciət etdim. Hər dəfə Əfqan Qəribovun haqlı olduğunu əsaslandırmağa çalışdılar. Nazir Muxrat Babayevə də müraciət etdim. Nazirin göstərişi əsasında 6 saylı Ekologiya İdarəsindən Nəriman Ciriyev deyilən bir nəfər gəldi. Məndən izahat tələb etdi. Mən də ona qanunla izahat ala bilmək səlahiyyətli qurumun əməkdaşı olmadığını izah etməyə çalışdım. Anlamadı, izahat yazdım. Amma izahatda yazdığım qaldı bir yana, 6 saylı idarənin rəisi Ziya Cəbrayılov Əfqan Qəribovun  hərəkətlərini əsaslandıran cavab verdi. Ağsu Rayon Məhkəməsinin yekun qərarından sonra Əfqan Qəribov çıxış yolunu söküntü əmrini üzərindən atmaqda gördü. Amma hələ işlərin başlanğıcında “obyekti mən sökmüşəm” deyə verdiyi rəsmi cavabını unutdu”.

Məhkəmə davam edir

Nüşabə Cəfərova Konstitusiya ilə mülkiyyət hüquqlarının pozulduğunu iddia edir: “Konstitusiya deyir ki, mülkiyyət toxunulmazdır dövlət tərəfindən qorunur. Konstitusiyanın 29.4-cü maddəsində qeyd edilir ki, ”Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”. Düşünürəm ki, Əfqan Qəribovun Konstitusiyadan xəbəri yoxdur. Bilmir ki, özgəsinin əmlakını qəsdən məhv etmək cinayət hesab olunur”.

Foto: Meydan TV

Yaxın günlərdə Nüşabə xanımın Şəki İnzibati Məhkəməsində hakim Fərid İsmayılzadənin sədrliyi ilə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə, Ağsu Rayon İcra Hakimiyyətinə Ekologiya Təbii Sərvətlər Nazirliyinə qarşı iddiasına dair növbəti məhkəmə iclası keçiriləcək. 

Sahibkar həmin qurumlara qarşı 100 min manat mənəvi, 80 min maddi zərərin ödənilməsi iddiası qaldırıb.

Şamaxı Rayon İcra Hakimiyyətindən bu iş üzrə məhkəmə prosesi davam etdiyi üçün məsələyə münasibət bildirməyiblər: “Xanım məhkəməyə müraciət edib, iki qurumla yanaşı bizim quruma qarşı da iddia qaldırıb. Hər şey məhkəmənin nəticəsində məlum olacaq”.

24saat.org” ““Obyektimi söküblər, indi işi bir-birinin üzərinə atırlar”” başlıqlı yazını “Arqument”ə istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button