En son xeberler

NASA-nın Mars aparatı ilə bağlı daha bir YENİLİK

 NASA-nın Mars aparatı “Perseverance” ikinci ilində qaya nümunələrinin toplanmasına diqqət yetirəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki,  Marsda 1 il ərzində öz sistemlərini “İngenuity” helikopterinin sistemlərini sınaqdan keçirən “Perseverance” planetin şimal bölgəsindəki “Jezero” kraterinin döşəməsində 6 qaya nümunəsi toplayıb.

  “Perseverance” ikinci ilinə qədəm qoyarkən onun əsas missiyası qaya nümunələrini toplamaq üçün krater cinahlarını köhnə çay deltasını araşdırmaqdır.

  Mars roverindən növbəti iki il ərzində mümkün qədər çox qaya nümunəsi toplamaq onları 2028-ci ildə planetə enəcək “Marsa nümunə qayıdış” missiyasına ötürmək istənilir.

  “Perseverance” aşınmış krater divarlarına ən yaxşı marşrutu müəyyən etmək üçün “İngenuity”nin uçuşları ilə çəkilmiş şəkillərdən istifadə edəcək.

  NASA-nın Kaliforniyadakı “Jet Propulsion” laboratoriyasında qurulan plutonium yanacağı ilə işləyən “Perseverance” rover 30 iyul 2020-ci ildə buraxıldıqdan təxminən 7 ay sonra fevralın 18-də Marsa enib.

  Marsa göndərilən vasitələr arasında ən qabaqcıl texnoloji xüsusiyyətlərə malik olan “Perseverance”ın “Qırmızı planet”dəki yeni missiyasının həyata keçirilməsi üçün infrastruktur işlərinə 2,4 milyard, enişi mümkün edən sistemə isə 300 milyon dollar maliyyə xərclənib.

24 saat” “
NASA-nın Mars aparatı ilə bağlı daha bir YENİLİK
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button