En son xeberler

Ermənistanda Azərbaycan və türk dilləri tədris edilə bilər

google-news

Ermənistanda təhsilin 2030-cu ilə qədər inkişafı üzrə Dövlət Proqramı müzakirəyə təqdim edilib. Qaynarinfo xəbər verir ki, Ermənistanın bir çox media ekspertləri layihənin bəzi məqamlarının təhlükəli olduğunu bildirir. Bu baxımdan, onlar  ictimaiyyəti layihənin əleyhinə çıxmağa çağırır. 

Təhsil standartlarının və proqramların təkmilləşdirilməsi bölməsində deyilir: “Təhsil proqramlarının sistemində qonşu ölkələrin (fars, türk, gürcü, Azərbaycan) dillərinin tədrisi təşkl edilsin”.

Təhsil eksperti Serob Xaçatryan bu məqamı uğursuz adlandırıb. Onun fikrincə, qeyd olunan dillərin rus və ingilis dillərini əvəzləməsi yolverilməzdir. 
“Həmin dillər rus və ingilis dillərini necə əvəz edə bilər. Əgər hazırda belə bir şey varsa, bu, qətiyyən qəbuledilməzdir. Bu, ümumi təhsil problemı ola bilməz. Tutaq ki, bizə Azərbaycan, türk, gürcü və ya fars dillərini öyrənən ildə 5-10 nəfər lazımdır, onları məktəblərdə yox dar bir peşə məktəblərində təşkil etmək olar”-.deyə təhsil eksperti bildirib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button