En son xeberler

Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq”

google-news

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Səbail” oyunundan sonra (2:0) “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Səbail” oyunundan sonra (2:0) “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 

“Oyunun çətin keçəcəyini bilirdik. “Səbail”in sonuncu yerdə qərarlaşmasına baxmayaraq, həmişə təhlükə olaraq qalır. Bu rəqib meydanda sürpriz edə biləcək gücdədir. Komandanı ağır oyuna hazırlamışdıq. Bilirdik ki, qalib gəlmək üçün oyuna maksimum köklənməliyik. Düşünürəm ki, futbolçular verilən tapşırıqları yerinə yetirdi layiqli qələbə qazandıq. Asif Məmmədov ən önəmli futbolçulardan biridir. Bütün oyunlarda da iştirak edib. Bugünkü matçda həm taktiki, həm istirahət baxımdan onu qorumaq istədik. Zədəsi çox ciddi deyil, mikrozədədir. İnanırıq ki yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq. Ümumi götürsək ilk yarıda da 4-5 real qol imkanımız oldu. Onları dəyərləndirsəydik, fərqli oyuna baxardıq. Amma futboldur, hər imkandan yararlanmaq mümkün deyil. İstədiyimi meydanda görürdüm. Komanda meydançada nə etmək istədiyini göstərirdi”.
 
Səbuhi Həsənov

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button