En son xeberler

BDYPİ sürücünün yol polisinin ünvanına səsləndirdiyi iddialara cavab verdi

google-news

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü Sultanov Rafiq Yusif oğlunun İdarə rəhbərliyi yol polisinin ünvanına sosial şəbəkələr vasitəsilə səsləndirdiyi iddialara cavab verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü Sultanov Rafiq Yusif oğlunun İdarə rəhbərliyi yol polisinin ünvanına sosial şəbəkələr vasitəsilə səsləndirdiyi iddialara cavab verib.

“Məsuliyyətdən yayınmaq üçün ictimai rəydə neqativ fikirlər formalaşdıran sürücü müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin 342.2.4, 342.1.3, 342.2.2 digər maddələrin tələblərini – konstruksiya dəyişiklikləri, icazə verilməyən pərdədən plyonkadan istifadə, dövlət nömrə nişanı olmadan avtomobilin idarə olunması qaydalarını pozduğuna görə saxlanılıb. Barəsində qanunauyğun şəkildə tədbir görülüb. Nəqliyyat vasitəsi zavod istehsalı vəziyyətinə qaytatıldıqdan sonra duracaqdan buraxılıb.

Lakin sonuncu dəfə saxlanılan zaman sürücü yenə də idarə etdiyi 99-OS-084 dövlət nömrə nişanlı, “Tofaş” markalı avtomobil ilə təkrar olaraq eyni qayda pozuntularına yol verib. Avtomobildə icazə verilməyən pərdədən istifadə, dövlət nömrə nişanı olmadan maşını idarə etmək müxtəlif konstruksiya dəyişiklikləri etməklə kobud şəkildə qaydaları pozub. Dövlət yol polisi sürücünü aşkarlayıb müvafiq qanun pozuntularına uyğun olaraq avtomobili duracağa yerləşdirilib. Qeyd edək ki, sürücünün 1971 manat məbləğində ödənməmiş cərimələri də var sürücü bu barədə məlumatlandırılıb”.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button