
“Mən keçən il Azərbaycanda olarkən bizim birgə işimiz sayəsində əldə olunan nailiyyətləri öz gözlərimlə nəzərdən keçirdim. Bizim diplomatik, habelə insanlar arasında olan əlaqələrimiz 30 il ərzində mühüm şəkildə gücləndirilib”.
O qeyd edib ki, Amerika və Azərbaycan xalqları arasında olan əlaqələr münasibətlərin təməl daşıdır.
“Keçən il 500-dən çox azərbaycanlı tələbə Birləşmiş Ştatlarda təhsilini davam etdirib. Biz insanlar arasında əlaqələrin genişlənməsi üçün yaranan imkanları dəstəkləyirik”, – Erika Olson vurğulayıb.//APA