En son xeberler

Birinə 3 min, o birinə 430 manat

Dövlət Statistika Komitəsi 2022-ci il yanvarın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 732,1 manat göstərib. İqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:

mədən sənayesi – 3088,2 manat;

maliyyə və sığorta fəaliyyəti – 1937,3 manat;

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1208,4 manat;

informasiya və rabitə – 1155,1 manat;

dövlət idarəetməsi və müdafiə; sosial təminat – 985,1 manat;

nəqliyyat və anbar təsərrüfatı – 953,9 manat;

tikinti – 888,4 manat;

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 770 manat;

emal sənayesi – 686,5 manat;

daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 677 manat;

turistlərin yerləşdirilməsi və ictimai iaşə – 582,9 manat;

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 568,1 manat;

su təchizatı, tullantıların təmizlənməsi və emalı – 550,9 manat;

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 537 manat;

ticarət; nəqliyyat vasitələrinin təmiri – 536,4 manat;

təhsil – 526 manat;

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 460,4 manat;

inzibati və yardımçı xidmətlərin göstərilməsi – 431,3 manat;

digər sahələrdə xidmətlərin göstərilməsi – 753,8 manat.

2022-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 300 manat müəyyən edilib.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button