En son xeberler

194 MP-lik kameraya sahib olacaq Motorola Frontier flaqman smartfonunun ilk fotoları ortaya çıxıb

    İnsayderlər Motorola brendinin yeni flaqman smartfon modelinin bəzi fotolarını təqdim ediblər. Söhbət, Motorola Frontier adlı smartfondan gedir. Sözügedən smartfonun əsas fərqləndirici özəlliyi kamerası ilə bağlı olacaq. Məlumata əsasən Motorola Frontier smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və əsas kamera obyektivi 194 MP-lik olacaq. Bundan əlavə olaraq smartfon 50 MP-lik ultragenişbucaqlı oyektiv və 12 MP-lik teleobyektiv əldə edəcək. Təqdim edilmiş fotolardan da görmək olar ki, Motorola Frontier-in ön panelini kənarları əyilmiş böyük ölçülü ekran əhatə edir.

    İlkin məlumatlara əsasən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunacaq. Smartfonun ön kamerası barəsində məlumat verilməyib. Motorola Frontier flaqman smartfonu Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq. Bundan əlavə olaraq o, 120 vatt gücündə naqilli və 50 vatt gücündə naqilsiz sürətli şarj texnologiyasını əldə edəcək. Smartfonun nə zaman təqdim ediləcəyi, nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində hələ ki, məlumat yoxdur.

24 saat” “194 MP-lik kameraya sahib olacaq Motorola Frontier flaqman smartfonunun ilk fotoları ortaya çıxıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button