En son xeberler

“Yaşıma görə istefa verirəm” – Ramiz Mehdiyev /YENİLƏNİB/

Bakı/14.02.22 Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev son vaxtlar onun ünvanına səslənən tənqidi yazılara və açıqlamalara görə deyil, yaşının çox olması ilə əlaqədar istefa verir. Fevralın 14-də axşam saatlarında AMEA-nın saytına dərc olan məlumatda bildirilir ki, bunu akademiyanın Rəyasət Heyətinin bazar ertəsi keçirilən iclasında Mehdiyev özü deyib.

Mehdiyev qeyd edib ki, o, hər zaman dövlətə və Heydər Əliyev kursuna sadiq olub və əlavə   edib ki, dövlət başçısı İlham Əliyev ona “isti münasibət” bəsləyir və onun fəaliyyətini  yüksək qiymətləndirir.

Sonda Mehdiyev istefa ərizəsini dövlət başçısına təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Milli Elmlər Akademiyasının prezidenti seçkili vəzifədir. Akademiyanın rəhbərini alimlər seçir və istefa ərizəsi Rəyasət Heyətinə təqdim edilməlidir, bu məsələyə. qanunla  heç bir şəkildə təsir göstərə bilməyən dövlət başçısına deyil.

*   *   *

2022 Fevral 14 (Bazar ertəsi) 18:13:10

Ramiz Mehdiyev nəhayət ki istefa verdi

Bakı/14.02.22 Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev fevralın 14 də  nəhayət istefa verib.

Akademiyanın saytında Rəyasət Heyətinin iclası haqqında yer alan rəsmi məlumatda Mehdiyevin istefası barədə heç nə deyilmir. Buna baxmayaraq, Akademiyanin Rəyasət heyətinin üzvləri  82 yaşlı Mehdiyevin istefasını bəyan etdiyini təsdiq ediblər.

Yeni prezident seçkilərinin nə vaxt keçiriləcəyi məlum deyil. -02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button