En son xeberler

“Xəzər Lənkəran”ın mənə böyük məbləğdə borcu var”

google-news

FutbolPress“Xəzər Lənkəran” sabiq futbolçusu Adrian Skarlatakeyə olan borcunu ödəməyib.

Bu barədə Futbolpress.az saytına açıqlama verən rumıniyalı müdafiəçi məsələni yoluna qoymağın mümkünlüyünü bildirdi:

“Xəzər Lənkəran”ın bərpa olunması xəbərinə çox sevindim. Bu Azərbaycan azarkeşləri üçün çox yaxşıdı. Ancaq klubun mənə böyük məbləğdə borcu qalıb. FIFA və CAS-ın bununla bağlı qərarı var. Ancaq məbləğ elə də əhəmiyyətli deyil. Yeni klubun yolunu kəsmək istəmirəm. Rəsmilər mənimlə əlaqə saxlasalar, məsələni yoluna qoya bilərik. Ancaq hələ heç kim mənə zəng etməyib”.

“Xəzər Lənkəran” adı ilə davam edəcəyi gözlənilən “Xan Lənkəran” rəhbərliyi klubun bütün borclarının ödəndiyini açıqlayıb.

Faiq Tahirov


az24saat.org” “Skarlatake “FutbolPress”ə açıqladı: “Xəzər Lənkəran”ın mənə böyük məbləğdə borcu var”” başlıqlı yazını “futbolpress”ə istinadən dərc edib


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button