En son xeberler

Whatsapp-ın iOS istifadəçiləri üçün çatlardan kənarda səsli mesajlara qulaq asmaq imkanı təqdim edilib

google-news

    1 ay bundan öncə Whatsapp çatlardan kənarda səsli mesajlara qulaq asmaq imkanını test etməyə başlamışdı. İndi isə messencer bu imkanı iOS istifadəçiləri üçün aktivləşdirib. Whatsapp-ın 22.4.75 versiyası səsli mesajlara və audio fayllara çatlar xaricində qulaq asmağa imkan verir. Bununla belə istifadəçi bir çatdakı səsli mesaja qulaq asa-asa digər çata daxil olub ünsiyyətini davam etdirə bilər. Bu halda səsli mesajı dayandırmağa ehtiyac qalmayacaq. İstifadəçinin bir çatdakı səsli mesaja və ya audio fayla qulaq asa-asa digər çata daxil olduğu zaman səsli mesajın və ya audio faylın oxudulduğu kiçik player pəncərəsi ekranın yuxarı hissəsində yerləşəcək. Beləliklə istifadəçi öz istəyinə uyğun olaraq səsli mesajı və ya audio faylı dayandıra və ya yenidən oxuda biləcək. Whatsapp 22.4.75 App Store-da artıq bütün istifadəçilər üçün aktivdir. Lakin səsli mesajlara çatlar xaricində qulaq asmaq imkanı hələ hamı üçün aktiv olmaya bilər. Belə ki, messencer öz yeni funksiyalarını tədricən hamı üçün istifadəyə verir.

24 saat” “Whatsapp-ın iOS istifadəçiləri üçün çatlardan kənarda səsli mesajlara qulaq asmaq imkanı təqdim edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button