En son xeberler

Valideynlər orta məktəbdə baş verənlərdən nazirə şikayət etdilər

Sumqayıt şəhər 11 saylı tam orta məktəbin valideynləri və bir qrup müəllimi məktədə baş verən qanunsuzluqlardan şikayətçidir. 

Onlar bildirirlər ki, Sumqayıt şəhər 11 saylı tam orta məktəbində baş verənlər heç bir pedaqoji qayda-qanuna uyğun gəlmir: “Burada yalnız bir qanun hakimdir: məktəbin direktoru İlahə Həsənlinin şəxsi maraqları! Təhsil sahəsində tətbiq edilən yeniliklərə məhəl qoymayan, bütün pedaqoji prosesi öz bildiyi məcraya yönəldən direktor müəllimlərin ixtisasını, diaqnostik qiymətləndirmə balını, stajını nəzərə almır, dərs bölgüsünü, ibtidai sinif təyinatını öz maraqları çərçivəsində aparır, məktəbdə xüsusilə yuxarı siniflərdə dərsə davamiyyət, pandemiyaya qarşı tədbirlər yox səviyyəsindədir. 

Şikayət məktubunda qeyd olunur ki, təhsil müəssisəsinə rəhbərliyi pedoqoji və idarəçilik qabilliyyəti kollektiv arasında mənfi reputasiyalı olan İlahə Həsənliyə həvalə ediblər: “Bu şəxs isə vəzifə səlahiyyətlərindən sui istifadə edərək bütün idarəçiliyi şəxsi prinsip, şəxsi maraqları çərçivəsindən həyata keçirir. Nəticədə şəxsi prinsiplər meydanına çevrilən təhsil ocağı bir vaxtlar Sumqayıt şəhərinin və bütövlükdə ölkənin ən nümunəvi məktəblərindən biri olduğu halda indi təlim və tərbiyyənin bərbad ünvanına çevrilib. Direktorun təsəvvüründə məktəb sanki bir təhsil ocağı deyil özəl müəssisə, şirkətdir. Odur ki, heç bir əsasnaməyə uyğun olmadan istədiyi dərsi istədiyi adama verir.

Ümumtəhsil məktəblərində tədris olunan “Həyat bilgisi” fənni şagirdlərdə ümumi dünyagörüşünün formalaşdırılmasında böyük rol oynayır. Xüsusilə fənnin məzmun xəttində ictimai əhəmiyyətli mövzular üstünlük təşkil edir. Bu baxımdan fənnin daha savadlı və pedoqoji stajlı müəllimlər tərəfindən tədris olunması məqsədəuyğun hesab olunur. Lakin İ.Həsənli burada da şəxsi maraqlarını ön plana çəkir, “Həyat bilgisi” və bu sıradan olan dərsləri rüşvət müqabilində paylanır. Ümumiyyətlə Sumqayıt şəhər 11 saylı tam orta məktəbində fənlərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunması adi hal alıb. Hər dərs ilinin əvvəlində müəllimlərin “sanballı dərs saatı” ilə təmin olunmasının qiyməti 200-300 manat miqdarında müəyyənləşib. İbtidai sinif məllimlərinə birinci siniflərin verilməsinin qiyməti isə 1000 manatdır. Direktor İlahə Həsənlinin daha bir gəlir mənbəyi isə şagirdlər üzərində qurulub. Belə ki, 10-11-ci sinif şagirdlərinin dərslərdə iştirak etməməsi üçün də ayrıca qıymətlər formalaşdırılıb. Şagirdlərlə bağlı daha bir qazanc mənbəyi isə birinci və digər yuxarı siniflərə qəbuldandır”. 

Bildirilir ki, məktəbdə şagirdlərin elektron yerdəyişmə prosesi kobud şəkildə pozulur: “Aktiv olmayan sistem şəraitində tədris ilinin istənilən vaxtı məktəbə yeni şagirdlər qəbul olunur. Şagird qəbulunda baş verən bu qanunsuzluqların nəticəsidir ki, 650 yerlik tutumu olan Sumqayıt şəhər 11 saylı tam orta məktəbin şagird sayı 3000-ə yaxınlaşır. İndiki pandemiya dövründə, şagirdlərin maksimum şəkildə yaxın təmasdan çəkinməli olduğu bir vaxtda bu xüsusilə yolverilməzdir. Amma direktor İ.Həsənlini şəxsi gəlirləri maraqlandırdığından məktəbdə heç dezinfeksiya işləri də aparılmır və bunun üçün ayrılan pullar mənimsənilir. Məktəbdə baş verənlərə etiraz edən müəllimlər isə direktor tərəfindən açıq-açığına təhdid edilir. 11 saylı məktəbin direktoru İ. Həsənova oturduğu postda Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadəyə güvəndiyinin aşkar ifadə etməkdən çəkinmir”.

Valideynlər 11 saylı məktəbdə baş verənlərlə bağlı birinci vitse-prezident Mehriban Əliyevaya, təhsil naziri E.Əmrullayevə müraciət ediblər: “Bir neçə şəxsin maraqları naminə minlərlə şagirdin təhsili təhlükə altındadır. Tezliklə tədbirlər görülməzsə vəziyyət daha da acınacaqlı hal ala bilər. Odur ki, bir müəllim, bir valideyn olaraq tezliklə məsələyə müdaxilə etmənizi, baş verənləri durdurmanızı xahiş edirəm. Balalarımızın təhsilini, gələcəyini bir neçə şəxsin ambisiyalarına qurban verməyin!”(rubrika.az)
 
Təhsil Nazirliyi valideynlərin müraciətinə hələ ki reaksiya verməyib. 

24saat.org” “Valideynlər orta məktəbdə baş verənlərdən nazirə şikayət etdilər” başlıqlı yazını “Arqument”ə istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button