En son xeberler

Rusiya yenə tələb edir, ABŞ səfirinin müavinini ölkədən çıxarır

Reuters yazır ki, səfir müavininin Rusiyadan çıxarılması səbəbləri hələlik məlum deyil

Rusiya Xarici İşlər Nazirliyi fevralın 17-də ABŞ-ın Moskvadakı səfiri Con Sallivana Birləşmiş Ştatların təhlükəsizliyə dair təkliflərinə Rusiyanın yazılı cavabını təqdim edib.

Bu, əslində ABŞ-ın Rusiyanın tələblərinə əks-təklifləri idi.

Rusiyanın TASS dövlət xəbər agentliyi Rusiyanın cavabının tam mətnini dərc edib.

Cavabda deyilir ki, “Amerika tərəfi Rusiyanın təhlükəsizlik qarantiyaları ilə bağlı ABŞ-la müqavilənin baza elementləri barədə təklifinə konstruktiv cavab verməyib”.

Rusiya ABŞ və NATO-dan alyansın bundan sonra genişlənməsindən imtina olunmasını və hətta “NATO infrastrukturunun zərbə potensialı da daxil 1997-ci ildəki vəziyyətinə qaytarılmasını” tələb edir.

Sənəddə deyilir ki, “Rusiya buna, o cümlədən hərbi-texniki tədbirlərin həyata keçirilməsi ilə reaksiya verməli olacaq”.

Tələblər

XİN-in bəyanatında bir daha deyilir ki, Rusiya Ukraynaya müdaxilə hazırlamır və Qərbin bunun əksini iddia etməsi “Rusiyanın təhlükəsizliyə dair təkliflərini gözdən salmaq məqsədi güdür”.

Bəyanatda Rusiyanın Krımı ilhaq etməsinə haqq qazandırılır və prezident Vladimir Putinin belə bir arqumenti təkrar olunur ki, Ukraynanın NATO-ya qəbul edilməsi Krıma görə Rusiya ilə NATO arasında müharibə təhlükəsi yaradır.

Rusiyanın cavabında deyilir:

“Ukrayna ətrafında deeskalasiya üçün növbəti addımların atılması prinsipial baxımdan mühümdür: Kiyevin kompleks tədbirlərin icrasına məcbur edilməsi, Ukraynaya silah göndərilməsinin dayandırılması, oradan bütün Qərb müşavir və təlimatçılarının çıxarılması, NATO ölkələrinin Ukrayna silahlı qüvvələri ilə hər hansı birgə təlimlərdən imtina etməsi və bundan əvvəl Ukraynaya gətirilmiş bütün xarici silahların oradan çıxarılması”.

Paket tələb

Rusiya habelə Birləşmiş Ştatların mərkəzi və şərqi Avropada və Baltikyanıda mənzillənmiş hərbi qüvvələrinin və silahlarının oradan çıxarılmasında israr edir.

Sənəddə bildirilir ki, Rusiya orta və daha qısa mənzillli raketlər də daxil ABŞ-ın bir sıra təkliflərini müzakirə etməyə hazırdır.

Sənəddən Moskvanın tələblərinin “paket xarakteri” daşıdığı, başqa sözlərlə hər hansı dialoqun NATO-nun genişlənməsindən imtina edildiyi halda mümkün olacağı məlum olur.

Rusiyanın bu tələblərinə ABŞ və onun müttəfiqləri hələki cavab verməyiblər.

Bu arada Rusiyanın RIA Novosti və Interfax agentlikləri ABŞ səfirinin müavini Bart Qormanın ölkədən çıxarıldığını xəbər verirlər.

Interfax ABŞ səfirliyinə istinadən yazıb ki, Vaşinton bu addımın cavabsız qalmayacağını bildirib.

Reuters yazır ki, səfir müavininin Rusiyadan çıxarılması səbəbləri hələlik məlum deyil.

24 saat” “
Rusiya yenə tələb edir, ABŞ səfirinin müavinini ölkədən çıxarır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button