En son xeberler

Rusiya sərhədində 169 İphone telefonu müsadirə edilib

Bakı/14.02.22 Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi “Volvo FH12” markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin  içərisində gömrük nəzarətindən gizlədilmiş – 14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd “iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max” markalı mobil telefonlar aşkar olunub.

Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri təxminən 350 min manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məlumatda avtomobilin Azərbaycana hansı məqsədlə gəldiyi və hansı malı daşıdığı açıqlanmır. -02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button