En son xeberler

Məhkəmə jurnalistin ölkədən çıxışına qadağa qoymaqdan imtina edib

Bakı/15.02.22 Binəqədi Rayon Məhkəməsinin hakimi Səadət Səlimova “Meydan”TV-nin reportyoru Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə icraçılarının tələbini təmin etməyib

Məhkəməyə təqdimat 251 saylı məktəbin direktor müavini Elmira Ələndərovanın iddiası ilə əlaqədar Binəqədi rayon icra şöbəsi tərəfindən təqdim edilib. O, iddianı 2019-cu ildə verib, üzr istənilməsini, 2500 manat pul kompensasiyası və 11 aprel 2018-ci il tarixli prezident seçkiləri haqda reportajın şəbəkədən çıxarılmasını tələb edib.

2018-ci seçkiləri: “seçkilərdə “karusel”ə nəzarət edən direktor müavini” adlanıb. 251 saylı məktəbdə üç seçki məntəqəsində səsvermə nümayiş etdirilib.

Süjetdə Ələndərovanın məktəb müəllimlərindən ibarət qrupları səsvermə günü necə yönləndirdiyi göstərilib.

Birinci instansiya məhkəməsi jurnalistə qarşı heç bir sanksiya qəbul etməyib, yalnız reportajın başlığının dəyişdirilməsini qərara alıb. Lakin Bakı Apellyasiya Məhkəməsi jurnalistin barəsindəə 1000 manat cərimə ödəmək, videonu silmək, təkzib vermək və “üzr istəməmək” qərarı çıxarıb. Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

Yanvarın 14-də Vaqifqızına məlumat verilib ki,  məhkəmə qərarlarının icrası orqanı Binəqədi Rayon Məhkəməsinə müraciət edərək onun ölkədən çıxışına qadağa qoyulmasını tələb edib. İcraçılar onu “məhkəmənin qərarını yerinə yetirməməkdə” və əsasən də videonu silməməkdə günahlandırıblar.

Vaqifqızı bu tələbi əsassız hesab edib, çünki məhkəmə tərəfindən təyin edilmiş kompensasiyanı ödəyib. Digər tələblərə gəlincə, o, bundan öncə Binəqədi rayon icra şöbəsinə “Meydan” TV-dən arayış təqdim edib ki, videomaterial bu nəşrə aiddir və ona dair qərarları yalnız redaksiya verə bilər.

“Meydan” TV və videonu dərc edən “Azadlıq” qəzeti videoyu silmək niyyətində olmadıqları barədə məhkəməyə rəsmi məktublar göndəriblər.

“Fevralın 14-də Binəqədi məhkəməsinin hakimi bunu nəzərə alaraq, mənim ölkədən çıxışıma qadağa qoyulması tələbini təmin etməyib”, – Vaqifqızı 24saat.org agentliyinə bildirib.

Bununla yanaşı, o, özünə qarşı iddianı əsassız hesab edir və ona təyin edilmiş cəzanın qanunsuz hesab edilməsinin Avropa İnsan Hüquqları Məhkəməsində tanınmasına nail olmaq niyyətindədir.

Hələ 2015-2019-cu illərdə “Meydan” TV-yə qarşı cinayət işilə əlaqədar  Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulmuşdu. Avropa İnsan Hüquqları Məhkəməsi bu qadağanı qanunsuz hesab etmişdi.- 06B-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button