En son xeberler

İki nəfər narkotik alverçisi saxlanılıb

Bakı/14.02.22 Fevral ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində iki nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin fevralın 14-də yaydığı məlumatda deyilir.

Məlumata görə, bu şəxslərin Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Xəyal Əşrəfli və Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Nicat Nəsirzadə olduqları müəyyən edilib.

Onların əllərindəki çantalara baxış zamanı içərisində ümumi çəkisi 11 kiloqram 340 qram narkotik vasitə (4565 qram “heroin”, 5565 qram “marixuana”, 1210 qram “metamfetamin”) və 1000 ədəd “metadon-40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. -05D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button