En son xeberler

Həlak olan hərbçilərin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz edirlər

Bakı/15.02.22 Müxtəlif vaxtlarda həlak olan hərbçilərin valideynləri bu gün Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Onlar həlak olanlara “şəhid”  statusunun verilməsini tələb edirdilər.

“Deyirlər ki, özü- özünü vurub. Ona görə şəhidlik statusu verilmir. Mənim oğlum 1 il, 6 ay Murovdağda xidmət edib, 44 günlük müharibədə iştirak edib, medalla təltif olunub. Tərxisə 6 gün qalmış dedilər ki, özü- özünü vurub”, –aksiya iştirakçılarından biri deyib.

Valideynlər bildiriblər ki, bütün instansiyalara müraciət ediblər, amma nəticəsiz qalıb. Etirazçıları Prezident Administrasiyasına söhbətə dəvət ediblər.

Aksiya zamanı reportyorlar Fatimə Mövlamlı və Sevinc Sadıqova saxlanılıb.

Daxili İşlər Nazirliyindən 24saat.org agentliyinə bildiriblər ki, jurnalistlərin saxlanması barədə məlumat yoxdur. -06B-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button