En son xeberler

Daxili İşlər Nazirliyi Ramiz Mehdiyevin qohumunu saxlayıb

Bakı/15.02.22  Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin katibliyinin rəhbəri Eldar Əmirovun saxlanması barədə məlumatı təsdiqləyib.

Çərşənbə axşamı Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Əmirov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanmanın səbəbləri açıqlanmır, amma Əmirovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması faktı çox şeydən xəbər verir.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin yaxın qohumudur. Sonuncu ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postundan istefa verdiyini bildirib.-02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button