En son xeberler

Azad edilən ərazilərdə 13 min hektardan artıq ərazi minalardan təmizlənib

Bakı/14.02.22 Azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən 14-dək 374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından (PDS) tam təmizlənib. Bu barədə Müdafiə Nazirliyinin fevralın 14-də yaydığı məlumatda deyilir.

“İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 13868 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9012 ədəd PDS aşkarlanaraq məhv edilib”, deyə məlumatda vurğulanır.

Məlumata görə, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir. -05D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button