En son xeberler

Azərbaycan iqtisadiyyatı azad deyil, sadəcə “orta azaddır”

Dünyada iqtisadi azadlıqda geriləmə baş verib, ölkələrin orta balında indiyədək ən böyük azalma qeydə alınıb. Heritic Fondu (Heritage Foundation) bu həftə dünyada iqtisadi azadlığın durumuna dair “2022-ci il İqtisadi Azadlıq İndeksi”ni yayıb.

Bu indeks 177 ölkəni iqtisadi azadlığın 12 kateqoriyası üzrə 0-100 ballıq şkala üzrə dəyərləndirir. Hər bir ölkənin kateqoriyalar üzrə orta balı hesablanır.

Bu kateqoriyalar əmlak hüquqları, effektiv ədliyyə, hökumətin bütövlüyü, vergi yükü, hökumətin xərcləri, biznes azadlığı, fiskal sağlamlıq, monetar azadlıq, əmək azadlığı, ticarət azadlığı, investisiya azadlığı və maliyyə azadlığıdır.

Azərbaycan iqtisadiyyatı orta azad hesab olunub, 75-ci pilləyə düşüb. Bu sırada Ermənistan (58), Serbiya (59), Qazaxıstan (64), Rumıniya (47), Macarıstan (47), Moldova (78), Kosovo (86), Şimali Makedoniya (53), Bosniya-Herseqovina (68) da yer alıb.

Gürcüstan isə Çex Respublikası, Birləşmiş Ştatlarla bir sırada “əsasən azad” ölkə sayılıb.

Rusiya, Belarus, Ukrayna iqtisadiyyatı “əsasən qeyri-azad”, Tacikistan, Türkmənistan, İranın “repressiya altında” olduğu qeyd edilib.

Azərbaycan rəsmiləri ölkədə iqtisadi azadlığın təmin olunduğunu, biznes qurmaq üçün əlverişli şərait yaradıldığını deyirlər. (Azadlıq Radiosu)


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button