En son xeberler

Virgin Galactic şirkəti suborbital uçuşlar üçün biletlərin satışına start verib

google-news

    Virgin Galactic şirkəti suborbital uçuşlar üçün nəzərdə tutulmuş biletlərin satışlarına start verib. Şirkətin mətbuat xidmətinin verdiyi məlumata əsasən 6 rəqəmli qiymətə sahib bilet kosmik turistlərə inanılmaz emosiyalar ilə təəssüratlar yaşadacaq. Şərti kosmosda olmaq imkanını əldə etmək üçün sərnişin 450.000$ ödəməli olacaq. Qeyd etmək lazımdır ki, Virgin Galactic şirkətinə məxsus olan VSS Unity adlı idarə olunan suborbital aparat əvvəlki uçuş missiyasında 89 km hündürlüyə qalxmışdı.

    Buna görə də bu cür hündürlük şərti kosmos adlanır. Bir çox ölkənin qəbul etdiyi standarta əsasən əsas kosmos 100 km-dən başlayır. Beləliklə 450.000$ dəyərində olan biletə həmçinin Nyu Meksikoda yerləşən Amerika adlı kosmodrom ərazisində mövcud olan yüksək səviyyəti mehmanxanaya sərnişinin yerləşdirilməsi də daxildir. Gözləntilərə əsasən şirkət 1000 ədəd bilet satışa çıxardacaq.

    İlk turistik uçuşlar isə artıq bu ilin sonunda reallaşdırılmalıdır. 90 dəqiqəlik proqram çərçivəsində sərnişinlər bərə vasitəsilə kosmik aparatın olduğu yerə çatdırılacaqlar və ordan uçuş startı reallaşdırılacaq. Proqramın əsas hissəsi zamanı sərnişinlər bir neçə dəqiqə ərzində çəkisizlik vəziyyətində qala biləcəklər. Sözügedən turistik uçuş imkanından faydalanmaq üçün sərnişin 150.000$ ilkin ödəniş etməlidir. Növbəti 300.000$ ödəniş isə uçuşdan öncə şirkət hesabına köçürülməlidir.

24 saat” “6 rəqəmli qiymət: Virgin Galactic şirkəti suborbital uçuşlar üçün biletlərin satışına start verib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button