En son xeberler

“Razin” körpüsünün altı – “Şüşə”ni orada satıblar

google-news

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Hacıqabul rayon sakini, 36 yaşlı Cəmilə Qurbanovanın cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ötən il sentyabrın 9-da Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılan Cəmilə Qurbanovanın üzərindən 2,524 qram metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb. C.Məmmədovanın barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Təqsirləndirilən Cəmilə Məmmədova ifadəsində 5 ildən artıqdır ki, narkotik istifadəçisi olduğunu, metamfetamin qəbul etdiyini deyib. Bakıxanov qəsəbəsində kirayədə yaşayan C.Məmmədova saxlanılan gün narkotik vasitə almaq üçün “Neftçilər” metrostansiyasının yaxınlığındakı körpünün yanına gedib: “Narkotik satanı üzdən tanıyırdım, gördüm oradadır, yaxınlaşıb 100 manat verdim, üç qram “şüşə” istədim. Kirayə yaşadığım evə gedərkən polislər saxlayıb adımı və soyadımı soruşdular, polis bölməsinə dəvət etdilər. Polis bölməsində üzərimdəki “şüşə”ni polislərə təqdim etdim. Narkotik vasitəni özüm istifadə etmək üçün almışdım”.

Narkoman qadın həmin zəhəri aldığı şəxsin ad-soyadını bilmədiyini iddia edib.

The post “Razin” körpüsünün altı – “Şüşə”ni orada satıblar appeared first on 24 saat.

24 saat” ““Razin” körpüsünün altı – “Şüşə”ni orada satıblar” başlıqlı yazını pressklub.az saytına istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button