En son xeberler

“Qarabağ” turnirdə ən çox topla oynayan komandadı, çətin olacaq”

google-news

Fransanın “Marsel” klubunun baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində sabah “Qarabağ”la ev oyunu barədə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında argentinalı mütəxəssis bunları deyib:

“Sıx qrafikli bir dövrə girdiyimizi düşünürük. Bütün məqsədlərə çata bilmək üçün rotasiyaya ehtiyacımız olacaq. Oyunçularımız oynamağa hazırdı və hər kəsin hazırlığına eyni əhəmiyyət veririk.

Məqsəd yeni yarışı tanımaq, heç vaxt qarşılaşmadığım yeni oyunçularla tanış olmaqdı. “Qarabağ” bu yarışda ən çox topa sahib olan komandadı. Məqsədimiz sabah qalib gəlməkdi. Biz bu turnirdə və Liqa 1-də nə qədər irəli gedə biləcəyimizi görmək istəyirik. Həm sabah, həm də bazar günü ölkə çepionatında ən yaxşı futbolçular oynayacaqlar.

Bu, biz də daxil olmaqla, hər kəs üçün təcrübə olacaq. Ona görə deyirəm ki, “Qarabağ”la evdə, bu cür matçlara öyrəşmiş, beynəlxalq təcrübəsi olan oyunçularla oynamaq çətin olacaq. Əsas çətinlik iki qarşılaşma arasında hazırlıq müddətinin az olmasıdı”.

Sabah “Velodrom” stadionunda keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

24 saat” “Xorxe Sampaoli: “Qarabağ” turnirdə ən çox topla oynayan komandadı, çətin olacaq”” başlıqlı yazını futbolpress.az saytına istinadən dərc edib


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button