En son xeberler

Azərbaycana daha 42 mühacir deportasiya olunub

Deportasiya edilənlər əsasən Almaniyaya gedənlərdir

Fevralın 15-də Avropa ölkələrindən 42 mühacir Azərbaycana deportasiya olunub.

Onların 39 nəfəri Almaniyadan, 3-ü Avstriyadan olub.

Bu barədə Dövlət Miqrasiya Xidməti fevralın 16-da məlumat yayıb.

Bildirilib ki, mühacirlərin ölkəyə qaytarılması prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.

Almaniyadan Azərbaycana ötən ilin noyabrın 26-da 43 nəfər deportasiya edilmişdi.

Deportasiya olunanlardan siyasi fəallar Malik Rzayevə və Mütəllim Orucova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Onlara bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu ilin yanvarında deportasiya olunanlar sırasında Pünhan Kərimli və Cəfər Mirzəyev də narkotik ittihamı ilə saxlanılıb.

2021-ci ilin sentyabrın 14-də Almaniyadan deport olunanlar arasında jurnalist Röya Rəfiyeva da olub.

2017-ci ildə Azərbaycandan gedən jurnalist Röya Rəfiyeva və 3 övladına Almaniya hökuməti yaşamaq icazəsi verməkdən imtina edib.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” Saziş imzalanıb.

24 saat” “Azərbaycana daha 42 mühacir deportasiya olunub” başlıqlı yazını “Arqument.az” saytına istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button