En son xeberler

Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak alıblar?

Bakı/15.02.22 Azərbaycan vətəndaşları Ermənistanda ən azı altı daşınmaz əmlaka sahibdirlər. Bu barədə çərşənbə axşamı ölkənin Kadastr Komitəsi “Sputnik Armenia”nın sorğusuna cavab olaraq bildirib.

“2010-2021-ci illərdə Ermənistanda daşınmaz əmlak hüququnun qeydiyyatı üzrə Türkiyə vətəndaşları tərəfindən ümumilikdə 71,  Azərbaycan vətəndaşları tərəfindən 6 əqd bağlanıb”, – məlumatda bildirilir.

Komitənin məlumatına görə, 2012, 2018 və 2019-cu illərdə Azərbaycan vətəndaşları mənzillər alıblar. Daha bir mənzil hədiyyə edilib (2012-ci il). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt alınıb.

Qeyd edək ki, söhbət Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir, onların etnik mənsubiyyətindən yox, “Sputnik Armenia” dəqiqləşdirir.

Görünür, onlar Azərbaycandan olan ermənilərdir. Bu, Türkiyə vətəndaşları olan etnik ermənilərə də aiddir. Göstərilən müddətdə onlar Ermənistanda 53 mənzil alıblar, 1 mənzil hədiyyə edilib, 1-i dəyişdirilib. Bundan əlavə, onlar 5 fərdi ev, 1 qaraj, 7 ictimai əhəmiyyətli obyekt, 3 torpaq sahəsi alıblar.

Ən çox alış 2016 (8), 2017 (14), 2019 (18) və 2021-ci (8) illərdə olub.

Türkiyədə və Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslər həmin dövrdə Ermənistanın daşınmaz əmlak sahəsində sövdələşmələr etməyiblər. -02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button