En son xeberler

UEFA “Qarabağ”ın oyununa xüsusi təhlükəsizlik nümayəndəsi göndərəcək – mümkün təxribatlara qarşı

google-news

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə qarşılaşacaq. Fevralın 17-də “Velodrom” stadionunda baş tutacaq matç öncəsi azərbaycanlıları narahat edən ciddi bir məsələ var – təxribat təhlükəsi.

“Qarabağ”ın və milli komandaların əvvəlki səfər oyunlarında dəfələrlə xoş olmayan hadisələr baş verib. Marsel şəhəri isə əhalisinin etnik tərkibinə – ermənilərin çoxluğuna görə xüsusi problemli hesab olunur. Bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Qalatasaray”la matçda türkiyəli azarkeşlərə göstərilən münasibət, yaranan insident çox yaxın nümunədi. Elə bu səbəbdən AFFA ola biləcək hər hansı təxribatın qarşısının alınması üçün UEFA-ya müraciət edib.

Bəs klub hansı addımı atıb?

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Futbolpress.az saytına açıqlamasında həm “Marsel”ə, həm də UEFA-ya müraciət etdiklərini söylədi. Onun sözlərinə görə, qitə futbol qurumu xüsusi olaraq bu matç üçün əlavə təhlükəsizlik nümayəndəsi göndərəcək:

“Bu problem ilk dəfə deyil. “Qarabağ”ın əvvəlki oyunlarında da təxribatlar, təxribata cəhdlər olub. Klub bir növ alışıb bu kimi məsələlərə. Bununla bağlı müraciətlərimiz olub. Nəinki “Marsel”ə, UEFA-ya da müraciət edib, əvvəldən məlumatlandırmışıq. Hətta UEFA xüsusi olaraq bu matç üçün təhlükəsizliklə bağlı əlavə nümayəndə də ayırıb”.

Faiq Tahirov


24 saat” “UEFA “Qarabağ”ın oyununa xüsusi təhlükəsizlik nümayəndəsi göndərəcək – mümkün təxribatlara qarşı” başlıqlı yazını futbolpress.az saytına istinadən dərc edib


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button