En son xeberler

Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb

google-news

Eldar Əmirovun “Bandotdel”də saxlanıldığı bildirilir

AMEA Prezidenti katibliyinin rəisi Eldar Əmirov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlmat yayıb.

DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyib ki, Eldar Əmirov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən saxlanılıb.

DİN rəsmisi bildirib ki, Eldar Əmirov barəsində idarəyə şikayət daxil olub: “O, şikayətin araşdırılması məqsədi ilə saxlanılıb və hazırda araşdırmalar davam etdirilir”.

Eldar Əmirov 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsini daşıyan Ramiz Mehdiyevin köməkçisi olub.

R.Mehdiyev fevralın 14-də AMEA Prezidenti vəzifəsindən istefa verdiyini bildirib.

24 saat” “Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb – Rəsmi” başlıqlı yazını “Arqument.az” saytına istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button