En son xeberler

“Biz də Fransa səfərinə gedəndə deyirdilər ki, 0:3, 0:4 hesabıyla məğlub olacağıq”

“Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov eks komandasının Konfrans Liqasında “Marsel”ə qarşı keçirəcəyi pley-off oyunu haqda fikirlərini bildirib.

Futbolpress.az saytına danışan keçmiş yarımmüdafiəçi Ağdam təmsilçisinin rəqibiylə başa-baş mübarizə apara biləcəyini deyib:

“Qarabağ” haqda çox şey danışmaq olar. Rəqibin gücü də bəllidi. “Marsel” Fransa çempionatında 2-ci sırada gedir. Buna baxmayaraq, onlarla başa-baş oynamaq olar”.

2014-cü ildə Avropa Liqasında Fransada “Sent-Etyen”ə qol vuran Nadirov “Qarabağ”ın heyətində kimdən qol gözləyirsən?” sualını belə cavablandırıb:

“Xüsusi fərqləndirəcəyim oyunçu yoxdu. Əsas olan sərfəli nəticə əldə etməkdi. Kimin qol vurmasının elə də əhəmiyyəti yoxdu. Bu, müdafiəçi də ola bilər, hücumçu da, yarımmüdafiəçi də. “Qarabağ” hazırda kifayət qədər formadadı. Həm oyun baxımından, həm motivasiya”.

Həmsöhbətimiz 2014-cü ildə Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə 1:1 bərabərə qaldıqları oyunu da xatırlayıb:

“Biz də Fransa səfərinə gedəndə deyirdilər ki, 0:3, 0:4 hesabıyla məğlub olacağıq. Amma uduzmadıq. Həmin vaxt da “Sent-Etyen”in heyətinəı güclü futbolçular var idi. Əsas olan kollektiv şəkildə yaxşı oynamaqdı”.

Nadirov “Marsel”in əsas qol silahlarının adını çəkib:

“Marsel”in heyətində güclü oyunçular var. Cengiz Ünder hücum planında önə çıxır. Bununla yanaşı, hücumçu Arkadiuş Milikin, yarımmüdafiəçi Dmitri Payetin adını qeyd edə bilərəm”.

Şahin Cəfərov


24 saat” ““Biz də Fransa səfərinə gedəndə deyirdilər ki, 0:3, 0:4 hesabıyla məğlub olacağıq”” başlıqlı yazını futbolpress.az saytına istinadən dərc edib


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button