En son xeberler

Avstraliyanın rəmzi hesab edilən koalalar məhv olma təhlükəsi qarşısındadırlar

google-news

    Avstraliyada koalaları məhv olma təhlükəsi qarşısında qalan heyvanlar siyahısına rəsmi olaraq daxil ediblər. 2019-2020-ci illərdə baş vermiş meşə yanğınları, müxtəlif tikinti layihələri üçün meşələrin məhv olunması, kənd təsərrüfatı müxtəlif xəstəliklər səbəbilə koalaların sayı 2021-ci ildə 92.000-ə enib. Qeyd etmək lazımdır ki, 2001-ci ildə onların sayı 185.000 təşkil edirdi. Bu neqativ tendensiya hələ də özünü qoruyub saxlayır. Avstraliyanın təbiət qoruyucuları bildiriblər ki, koalaların sayı Avstraliyanın şərqi ştatlarında kəskin şəkildə azalıb bu heyvanlar məhv olma təhlükəsi qarşısındadırlar.

    Avstraliya hökuməti öz növbəsində koalaların qorunmaları onlar üçün nəzərdə tutulmuş təbii yaşama yerlərinin bərpa olunması üçün 36 milyon dollar vəsait ayırıb. Lakin ekoloqların fikirlərinnə əsasən hökumət koalaların məhv olmalarının qarşısını almaq üçün lazımi sayda tədbir görmür. “Son 10 il ərzində koalalar həssas növ statusundan məhv olma qarşısında duran növ statusuna keçid ediblər. Onların qorunmaları üçün daha sərt qanunlar lazımdır” – deyə ekoloqlar qeyd ediblər.

    Təbiət qruyucularının hesablamalarına əsasən son 20 ildə koalaların sayı 2 dəfə azalıb. Əgər indidən koalaların qorunmaları üzrə ciddi tədbirlər görülməsə, 2050-ci ilə kimi bu heyvanlar tamamilə məhv olacaqlar. Məlumata əsasən son illər ərzində Avstraliya hökuməti koalaların yaşadıqları 25.000 hektar ərazili meşəni məhv edib. Mütəxəssislərin fikirlərinə əsasən müxtəlif tikinti layihələri kənd təsərrüfatı üçün meşələrin məhv edilməsinin dayandırılması sayəsində koalaları xilas etmək mümkündür.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button